Beynəlxalq Dil Mərkəzi Birləşmiş Millətlər Təşkilatının iclaslarında istifadə edilən və bütün rəsmi BMT sənədlərinin tərtib olunduğu 6 rəsmi dillər üzrə guşələrin yaradılmasını, bu guşələrin köməyilə həmin dillər üzrə LDU professor-müəllim heyəti və tələbələrinin xarici ölkələrə treyninqlərə, vebinarlara, kurslara göndərilməsinin (canlı və onlayn) təşkilini, eyni zamanda xarici ölkələrin müxtəlif universitetlərindən professor-müəllim heyəti və tələblərin LDU-ya gəlib bu dillər üzrə yaradılmış guşələrdə treyninqlər, vebinarlar, kurslar keçirmələrinin təşkili və təmin olunmasını nəzərdə tutur.