LSU Sustainability

Lənkəran Dövlət Universitetinin Beynəlxalq Dil Mərkəzinin rəhbəri Ülviyyə Mirzəyeva 2018-ci ildən Lənkəran Dövlət Universitetinin QS-hub-da tam fəailiyyətini göstərən əsas profilini yaratmış və müəssisədə yeganə məsuliyyətli koordinatordur. O, hər il Lənkəran Dövlət Universitetində baş verən yenilikləri bu profildə yeniləyir, lazımi məlumatları əlavə edir və ya il ərzində baş vermiş dəyişiklikləri profil məlumatlarında qeydə alır. Elmi nəşrlərin statistikasının qiymətləndirilməsi ilə əlaqədar mütəmadi olaraq təlimlərin keçirilməsi, sorğularda iştirak, davamlılıq, hesabatların, yeni siyasətlərin hazırlanması və digər məsələlər barədə Universitet əməkdaşlarını məlumatlandırır və belə sorğuların, təlim və tədbirlərin keçirilməsində yaxından iştirak edir.

Lənkəran Dövlət Universitetinin Davamlı İnkişaf Strategiyasının bütün məlumatlarının toplanmasına və paylnmasına nəzarət edir. Məlumatların toplanması və paylanması üçün Xüsusi İşçi Heyəti, QS komandası, Araşdırma mərkəzi və Davamlılıq komitəsi yaradılmışdır.

Bu profilimiz vasitəsilə QS-in təqdim etdiyi reytinqlərdə iştirak edə bilirik. Hal-hazırda da Lənkəran Dövlət Universiteti QS-də reporter kimi iştirak etməkdədir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd