ELmi-tədqiqat və strateji inkişaf mərkəzinin direktoru: Dosent Ülkər Babayeva

Babayeva Ülkər Allahyar qızı 9 yanvar 1992-ci ildə Lənkəran rayonunun Türkəkəran kəndində ziyalı ailəsində anadan olmuşdur. 2009-cu ildə Lənkəran şəhər 7 saylı tam orta məktəbi bitirmiş, Lənkəran Dövlət Universitetinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul olunmuşdur. 2013-cü ildə bakalavr səviyyəsi üzrə təhsilini başa vurmuş, həmin il Lənkəran Dövlət Universitetinin “Azərbaycanın fiziki coğrafiyası” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olunmuşdur. 2016-cı ildə magistr səviyyəsi üzrə təhsilini başa vurmuş, həmin il Lənkəran Dövlət Universitetinin “Geoekologiya” ixtisaslaşması üzrə doktorantura səviyyəsinə qəbul olunmuşdur. Təhsil aldığı müddətdə “Tarix və onun tədrisi metodikası” kafedrasının laborantı, “Elm və innovasiya” şöbəsinin elmi işlər üzrə mütəxəssisi, daha sonra böyük mütəxəssisi vəzifəsində çalışmışdır. Həmçinin “Biologiya və Ekologiya” kafedrasının müəllimi və doktorantı olmuşdur. 14 oktyabr 2022-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Lənkəran fiziki-coğrafi vilayətində təbiətdən istifadənin yaratdığı ekoloji-coğrafi problemlər və onların həlli yolları” mövzusunda təqdim edilmiş dissertasiyanı müdafiə etmişdir. Hazırda Lənkəran Dövlət Universitetinin “Elm və innovasiya” şöbəsinin müdiri vəzifəsini icra edir. Hal-hazırda “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının 0,5 ştat dosentidir. 28 elmi əsərin müəllifidir. Ailəlidir, bir övladı var.

e-mail ünvanı: u.babayeva@lsu.edu.az


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd