Elmi işlər üzrə mütəxəssis: Şərqiyyə Rəcəbova

Rəcəbova Şərqiyyə Rasim qızı 5 may 1997-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2014-cü ildə Lənkəran şəhər 10 saylı tam orta məktəbi bitirmiş, Lənkəran Dövlət Universitetinin “Kimya və biologiya müəllimliyi” ixtisasına qəbul olunmuşdur. 2019-cu ildə bakalavr səviyyəsi üzrə təhsilini başa vurmuş və həmin ildə Astara Pedaqoji Kollecində kimya və biologiya müəllimi olaraq fəaliyyətə başlamışdır. 2021-ci ildə Lənkəran Dövlət Universitetinin “Kimya fənninin tədrisinin metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olunmuşdur. 2023-cü ildə Lənkəran Dövlət Universitetinin “Kimya və fizika” kafedrasında “baş laborant” vəzifəsini icra etmişdir. Hazırda Lənkəran Dövlət Universitetinin “Elm və innovasiya” şöbəsində elmi işlər üzrə mütəxəssis vəzifəsində çalışır. Bir sıra elmi əsərin müəllifidir. Ailəlidir, iki övladı var.

e-mail ünvanı: recebova.sherqiyye@lsu.edu.az

Doktorantura və dissertantura işləri üzrə mütəxəssis – Xatirə Xalıqzadə

Xalıqzadə Xatirə Etibar qızı 28 aprel 2001-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2018-ci ildə Lənkəran şəhər 3 saylı tam orta məktəbi bitirmiş, Lənkəran Dövlət Universitetinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisasına qəbul olmuşdur. 2022-ci ildə bakalavr səviyyəsi üzrə təhsilini başa vurmuşdur. 2022-ci ildə Lənkəran Dövlət Universitetinin “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olmuş, 2024-cü ildə təhsilini başa vurmuşdur. Hazırda Lənkəran Dövlət Universitetinin “Elm və innovasiya şöbəsi”ndə Doktorantura və dissertantura işləri üzrə mütəxəssis vəzifəsində çalışır. Bir sıra elmi əsərin müəllifidir.

e-mail ünvanı: xaliqzade.xatire@lsu.edu.az

Magistratura işləri üzrə mütəxəssis : Tural Kazımlı

Kazımlı Tural Mayis oğlu 17 iyun 2001-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. İlk təhsilinə Lənkəran şəhər R.Məmmədov adına 5 №-li tam orta məktəbində başlamışdır. 2018-ci ildə Lənkəran şəhər Q.Zeynalov adına Darquba kənd tam orta məktəbini bitirmiş, Lənkəran Dövlət Universitetinin “Ekologiya” ixtisasına qəbul olmuşdur. 2022-ci ildə bakalavr səviyyəsi üzrə təhsilini başa vurmuşdur. 2024-cü ildə Lənkəran Dövlət Universitetinin “Ətraf mühitin mühafizə və bərpa metodları” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olmuş, 2026-cı ildə təhsilini başa vurmuşdur. Hazırda Lənkəran Dövlət Universitetinin “Elm və innovasiya şöbəsi”ndə Magistratura işləri üzrə mütəxəssis vəzifəsində çalışır. Bir sıra elmi əsərin müəllifidir.

Operator – Yeganə Məmmədzadə

Məmmədzadə Yeganə İldırım qızı 6 iyun 2002-ci ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. 2019-cu ildə Lənkəran rayonu Cil kənd tam orta məktəbi bitirmiş, Lənkəran Dövlət Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunmuşdur. 2023-cü ildə bakalavr səviyyəsi üzrə təhsilini başa vurmuşdur. 2024-cü ildə Aykids Uşaq İnkişaf Mərkəzində müəllim kimi fəaliyyət göstərmişdir. Hazırda Lənkəran Dövlət Universitetində operator vəzifəsində çalışır.

e-mail ünvanı: yeganememmedzade2002@gmail.com


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd