Strateji inkişaf və reytinqlərlə iş bölməsinin rəhbəri: Billurə Nuri

Nuri Billurə Məmmədəli qızı Biləsuvar rayonunda anadan olmuşdur. Doqquzillik təhsilini başa vurduqdan sonra 2007–2011-ci illərdə Lənkəran Dövlət Humanitar Kollecinə qəbul olunmuş və burada İngilis dili müəllimliyi ixtisası üzrə təhsil almışdır. O, təhsilini 2012-2016-cı illərdə eyni ixtisas üzrə Lənkəran Dövlət Universitetində davam etdirmişdir.

2016–2023-cü illərdə Lənkəran Tibb Kollecində ingilis dili müəllimi kimi çalışmışdır. 2018–2020-ci illərdə Lənkəran Dövlət Universitetində Filologiya - Dilşünaslıq (İngilis dili) ixtisası üzrə magistratura təhsili almışdır. 2022-ci ildə Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasında Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə doktoranturaya qəbul olunmuşdur.

2023-cü ildən 2025-ci ilədək o,Lənkəran Dövlət Universitetinin Beynəlxalq Əməkdaşlıq şöbəsində Layihələrin İdarə olunması üzrə mütəxəssis kimi çalışmış, burada iki Erasmus+ layihəsini (ECAR və REFRESH) idarə etmiş, layihələrlə bağlı təlim və görüşlərdə fəal iştirak etmişdir. Xaricdə təhsil proqramları və Avropa İttifaqı layihələri haqqında məlumat sessiyaları təşkil etmiş, xarici universitetlərdə təhsil alan tələbələrin koordinasiyasını həyata keçirmiş və universiteti müxtəlif yerli və beynəlxalq tədbirlərdə təmsil etmişdir.

2025-ci ildə Reytinqlər üzrə mütəxəssis (işçi qrupun rəhbəri) vəzifəsində çalışmışdır. 2026-cı ilin yanvar ayından etibarən isə Strateji inkişaf və reytinqlərlə iş bölməsinin rəhbəri vəzifəsinə təyin olunmuşdur. O, altı tezisin, altı məqalənin və bir elmi işin müəllifidir. Əlavə olaraq, ingilis dilinin tədrisi və beynəlxalq akademik layihələr sahəsində peşəkarlığını artıran TEFL və TESOL sertifikatlarına da malikdir.

e-mail ünvanı: strat.rank@lsu.edu.az

Reytinqlər üzrə mütəxəssis: Ülkər İsgəndərzadə

İsgəndərzadə Ülkər Mehtəddin qızı 3 aprel 1997-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2014-cü ildə Lənkəran şəhər 10 saylı tam orta məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Lənkəran Dövlət Universitetinin Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası üzrə bakalavr təhsili almışdır. 2022-ci ildə Lənkəran Dövlət Universitetinin “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşması üzrə magistr səviyyəsinə qəbul olmuş, 2024-cü ildə isə həmin ixtisaslaşma üzrə məzun olmuşdur. 2020-2024-cü illərdə Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və informatika”, “Tarix və onu tədrisi metodikası” kafedralarında laborant vəzifəsində çalışmışdır. 2025-ci ildə Lənkəran Dövlət Universitetinin “Elm və tədqiqat” işləri şöbəsində qrif işləri üzrə mütəxəssis vəzifəsində çalışmışdır. Hal-hazırda “Strateji inkişaf və reytinqlərlə iş” bölməsində reytinqlər üzrə mütəxəssis vəzifəsində çalışır. Bir çox elmi əsərin müəllifidir. Ailəlidir, bir övladı var.

e-mail ünvanı: strat.rank@lsu.edu.az


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd