Strateji inkişaf və reytinqlərlə iş bölməsi fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
1. LDU-nun strateji inkişaf siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin icrasına metodiki dəstək göstərmək;
2. Universitetin fəaliyyət göstəricilərini təhlil etmək, zəif və güclü tərəfləri müəyyənləşdirmək və inkişaf üzrə təkliflər vermək;
3. Beynəlxalq reytinq təşkilatlarına təqdim edilən məlumatların düzgünlüyünü və vaxtında göndərilməsini təmin etmək;
4. Struktur bölmələrdən reytinq və strateji inkişafla bağlı məlumatların toplanmasını və sistemləşdirilməsini təşkil etmək;
5. Universitetin beynəlxalq aləmdə nüfuzunun artırılması məqsədilə strateji təşəbbüslər irəli sürmək;
6. Universitet rəhbərinin tapşırıqlarına uyğun olaraq strateji inkişaf və reytinqlərlə bağlı digər vəzifələri yerinə yetirmək.