Təhsil sənədləri ilə iş şöbəsi


Fərzullazadə Ramin Qalib oğlu – Təhsil sənədləri ilə iş şöbəsinin müdiri

22 aprel 1992-ci il tarixində Lənkəran rayonunun Havzava kəndində anadan olub. 1998-2009-cu illərdə Havzava kənd tam orta məktəbində təhsil almışdır. 2009-cu ildə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olmuş və 2013-cü ildə universiteti həmin ixtisas üzrə bitirmişdir. Elə həmin ildə LDU-nun magistratura səviyyəsi üzrə “Riyaziyyat” ixtisasının “Riyazi analiz” ixtisaslaşmasına qəbul olmuş və magistraturanı fərqlənmə ilə bitirmişdir. Hazırda LDU-nun doktorantura səviyyəsi üzrə “Diferensial tənlikər” ixtisasının dissertantıdır.

2014-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə 2015-ci ildən LDU-da başlamışdır. Tədris şöbəsində inspektor, baş inspektor, Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində mütəxəssis, tyutor, daha sonra Tədrisin təşkili və təlim texnologiyaları mərkəzinin direktor müavini kimi fəaliyyət göstərmişdir. Hal-hazırda LDU-da Təhsil sənədləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışır və eyni zamanda “Riyaziyyat və informatika” kafedrasının müəllimidir.

E-mail: framin1992@mail.ru


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd