Təhsil sənədləri ilə iş şöbəsi


Qasımova Nigar Əlisəfa qızı - Təhsil sənədləri ilə iş üzrə mütəxəssis

01 dekabr 1989-cu il tarixində Lənkəran şəhərində anadan olub. 1996-2007-ci illərdə Lənkəran şəhər 4 saylı tam orta məktəbində təhsil almışdır. 2008-ci ildə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisasına qəbul olmuş və 2012-ci ildə universiteti həmin ixtisas üzrə bitirmişdir. 2013-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura səviyyəsində “Türk xalqları ədəbiyyatı” ixtisaslaşması üzrə təhsil almışdır.

Əmək fəaliyyətinə Lənkəran rayonu Nərimanabad qəsəbə tam orta məktəbində müəllim kimi başlamışdır. 2015-ci ildən LDU-da çalışır və hal-hazırda Təhsil sənədləri ilə iş üzrə mütəxəssis kimi fəaliyyət göstərir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd