Təhsil sənədləri ilə iş şöbəsi
- Lənkəran Dövlət Universiteti
- Təhsil sənədləri ilə iş şöbəsi
Səmədov Xanağa İmran oğlu – Təhsil sənədləri ilə iş üzrə mütəxəssis
08 avqust 1994-cü ildə Astara rayon Şahağacı kəndində anadan olmuşdur. 2001-ci ildə Astara rayon Şahağacı kənd Davud Əsədov adına 2 saylı tam orta məktəbin 1-ci sinifinə qəbul olmuş, 2012-ci ildə oranı bitirmişdir. Elə həmin il Azərbaycan Kooperasiya Universitetinin bakalavriat səviyyəsi üzrə “Sənayenin təşkili və idarə olunması” ixtisasına qəbul olmuş və 2016-cı ildə oranı bitirmişdir.
2016-2017-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar xidmətin mühafizə alayında xidmət etmişdir.
2018-ci ildə Azərpoçt MMC-nin Astara poçt filialında Müştəri xidmətləri şöbəsində əməliyyatçı vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 2019-2020-ci illərdə Müştəri xidmətlər şöbəsində şöbə rəisi vəzifəsinə təyin edilmişdir.
2022-ci ildən LDU-da Təhsil sənədləri ilə iş üzrə mütəxəssis vəzifəsində çalışır.
E-mail: sxanaga@mail.ru