Keyfiyyət təminatı şöbəsi


Əhmədova Sevər Zakir qızı - Keyfiyyət təminatı şöbəsinin müdiri

Əhmədova Sevər Zakir qızı 09.02.1975-ci il tarixində Lənkəran şəhərində ziyalı ailədə anadan olmuşdur.

1981-ci ildə Lənkəran şəhər 1 saylı orta məktəbin I (birinci) sinifinə qəbul olub, 1990-ci ildə həmin məktəbin X (onuncu) sinifini bitirmişdir. 1990-ci ildə Bakı Dövlət Universitetinin “Coğrafiya” fakultəsinə qəbul olmuş, 1996-ci ildə bitirmişdir.

Əmək fəaliyyətinə 1994-cü ildə Lənkəran şəhər Sütəmurdov kənd orta məktəbində başlamışdır. 1995-ci ildən Lənkəran şəhər 1 saylı orta məktəbində, 2001-ci ildən Lənkəran Dövlət Humanitar Kollecində müəllim işləmişdir. 2014-cü ildə Lənkəran Dövlət Humanitar Kollecində təcrübə rəhbəri təyin edilmişdir.

2003-cü ildən YAP-ın üzvüdür. İşlədiyi müddət ərzində Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Dövlət Humanitar Kollecinin rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunmuşdur.

2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” humanitar təşkilatı ictimai birliyi tərəfindən təşkil edilmiş İKT-nin “Gələcək üçün Təhsil” təlim kurslarında iştirak etmiş, sertifikat əldə etmişdir.

2012-ci ildə Lənkəran Dövlət Humanitar Kollecin rəhbərliyi adından Pedaqoji sahədə səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunmuşdur.

2013-cü ildə “Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası” İçtimai Birliyi tərəfindən həyata keçirilən “Sənin Səsin –Sənin Seçimin” adlı layihədə iştirak edib şəhadətnamə əldə etmişdir. 2018-ci ildə Təhsil Problemləri elmi-metodik qəzetinin № 01-02(1251-1252) 01-07 yanvar 2018-ci il saylı tirajında haqqında “Azərbaycan Jurnalistlər Birliyi”-nin üzvü Zəfər Orucoğlunun “Müəllim ucalığı” adlı məqalə dərc olunmuşdur.

2021/2022-ci il tədris ilində Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur.

2022/2023-cü tədris ilindən LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Aqrar-Texnoloji Şöbə müdiri vəzifəsində çalışmışdır

2024/2025-ci tədris ilində Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili qeydiyyat-qiymətləndirmə və əlavə təhsil bölməsinin rəhbəri vəzifəsində çalışmışdır.

2025/2026-ci tədris ilindən Lənkəran Dövlət Universitetinin Keyfiyyət Təminatı şöbəsinin müdiri vəzifəsində calışır.

Təhsil Nazirliyi və Qazaxıstanın Akkreditasiya və Reytinq agentliyinin (İAAR) rəhbərləri arasında əməkdaşlıq istiqamətində keçirilən “Müstəqil Akkreditasiya və reytinq” adlı seminarında iştirak etmiş, sertifikat əldə etmişdir. ADA universiteti və TKTA-nın təşkil etdiyi “Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təşviqi” adlı simpoziumda iştirak etmiş, sertifikat əldə etmişdir.

30 il (1994-2024) pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Ailəlidir, 2 övladı var.

Əlaqə məlumatları: axmedovasevar8@gmail.com

Keyfiyyət Təminatı Şöbəsinin əlaqə məlumatları: Keyfiyyet_teminat@lsu.edu.az


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd