Keyfiyyət təminatı şöbəsi


Əliyeva Günel Əlisahib qızı - Keyfiyyət təminatı üzrə mütəxəssis

Əliyeva Günel Əlisahib qızı 29.08.1983-cü il tarixində Lənkəran şəhərində ziyalı ailədə anadan olmuşdur. 1990-cı ildə Lənkəran şəhər 3 saylı tam orta məktəbə qəbul olmuş 2001-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir.

2001-ci ildə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə “Tətbiqi riyaziyyat” ixtisasına dövlət sifarişli əsaslarla qəbul olmuş və 2005-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.

2021-ci ildə magistratura səviyyəsi üzrə “Riyaziyyat müəllimliyi” ixtisasının “Riyaziyyatın tədrisi metodikası və metodologiyası” ixtisaslaşmasına dövlət sifarişli əsaslarla qəbul olmuş və 2023-cü ildə bitirmişdir.

2005-2017-ci illərdə QSC “Bank Standard” KB “Lənkəran filialı”nda, 2017-2019-cu illərdə ”Amrahbank” ASC “Lənkəran filialında” fiziki şəxslərə xidmət üzrə əməliyyatçı, mütəxəssis vəzifələrində çalışmışdır.

Lənkəran Dövlət Universitetində əmək fəaliyyətinə 2020-ci ildə “Elm və innovasiya” şöbəsində “Doktorantura və dissertantura işləri üzrə mütəxəssis” vəzifəsinə qəbul olmuşdur. 2021-ci ildə “İnsan resursları və kargüzarlıq şöbəsi”ndə mütəxəssis, 2023-cü ildə “İnsan resursları və kargüzarlıq şöbəsi”ndə müdir müavini vəzifəsinə təyin olunmuşdur. 13.05.2024-cü il tarixdən Keyfiyyət təminatı şöbəsində Keyfiyyət üzrə mütəxəssis vəzifəsində işləyir.

Ailəlidir, iki övladı var.

E-mail: gunel.aliyeva@lsu.edu.az

gunel.aliyeva0100@gmail.com


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd