Keyfiyyət təminatı şöbəsi
- Lənkəran Dövlət Universiteti
- Keyfiyyət təminatı şöbəsi
Lələyeva Fəxriyyə Fikrət qızı – Analitik və statistik işlər üzrə mütəxəssis
21.04.1986-cı ildə Lənkəran rayonu Vilvan kəndində anadan olmuşdur. 1993-2004-cü illərdə Lənkəran rayon Ədalət Hüseynov adına Vilvan kənd tam orta məktəbində təhsil almışdır. 2004-cü ildə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə “Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı” ixtisasına qəbul olmuş və 2008-ci ildə LDU-nu həmin ixtisas üzrə bitirmişdir. 2020-ci ildə Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsi üzrə “Kompüter mühəndisliyi” ixtisaslaşmasına qəbul olmuş və 2022-ci ildə LDU-nun həmin ixtisaslaşma üzrə magistraturasını bitirmişdir.
Əmək fəailiyyətinə 2008-ci ilin avqust ayında LDU-da İKT şöbəsində operator vəzifəsi ilə başlamış, 2009-cu ildə dəftərxana inspektoru, 2012-ci ilin sentyabrından dəftərxana müdiri, 2013-cü ilin avqustunda Kadrlar şöbəsinin müdiri, 2014-cü ilin noyabrında kadrlar şöbəsinin inspektoru, 2016-cı ilin iyun ayından İnformasiya kommunikasiya və kitabxana mərkəzində Elekron resurslarla iş üzrə mütəxəssis, 2024-cü ilin noyabr ayından Keyfiyyət Təminatı şöbəsində Keyfiyyət təminatı üzrə mütəxəssis vəzifələrində işləmişdir. 2026-cı ilin yanvar ayından etibarən Keyfiyyət Təminatı şöbəsində Analitik və statistik işlər üzrə mütəxəssis vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.
E-mail: faxriyya.lalayeva@lsu.edu.az
fexriyyelalayeva@gmail.com