Tyutor xidmətinin təşkili və tələbə biliyinin qiymətləndirilməsi şöbəsi


Hüseynli Nəzrin Elşən qızı

1992-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2009-cu ildə Lənkəran şəhər 2 saylı tam orta məktəbini bitirmişdir. Həmin il Lənkəran Dövlət Universitetinin Coğrafiya müəllimliyi ixtisasına daxil olmuş, 2013-cü ildə bakalavr səviyyəsi üzrə təhsilini başa vurmuşdur.2014-cü ildə Lənkəran Dövlət Universitetinin Turizm və sosial-mədəni servis xidməti ixtisaslaşması üzrə magistratura səviyyəsinə qəbul olmuş və 2016-cı ildə magistraturanı bitirmişdir. 2020-ci ildə Fiziki coğrafiya və biocoğrafiya,torpaq coğrafiyası,landşaftların geofizikası və geokimyası ixtisası üzrə doktorantura səviyyəsinə qəbul olmuşdur.

2016/2023-cü illərdə tyutor kimi fəaliyyət göstərmiş,daha sonra Qeydiyyat,qiymətləndirmə və əlavə təhsil bölməsinin rəhbəri, Tyutor xidmətinin təşkili və tələbə biliyinin qiymətləndirilməsi şöbəsinin müdiri vəzifələrində çalışmışdır.Hazırda Tyutor xidmətinin təşkili və tələbə biliyinin qiymətləndirilməsi mərkəzinin direktoru vəzifəsində çalışır.

E-mail : nazrin.huseynli1992@gmail.com


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd