Tyutor xidmətinin təşkili və tələbə biliyinin qiymətləndirilməsi şöbəsi


Yusubzadə Fatiməxanım Cəbrayıl qızı - tyutor

Yusubzadə Fatiməxanım Cəbrayıl qızı 2001-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2018-ci ildə Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziyanı bitirmişdir. Həmin ildə Lənkəran Dövlət Universitetinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisasına qəbul olmuş və 2022-ci ildə universiteti bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Korreksiyaedici təlimin metodika və metodologiyası” ixtisaslaşması üzrə magistratura səviyyəsinə qəbul olmuş, 2024-cü ildə magistraturanı fərqlənmə ilə bitirmişdir.

Hazırda “Tyutor xidmətinin təşkili və tələbə biliyinin qiymətləndirilməsi” şöbəsində tyutor vəzifəsində fəaliyyət göstərir.

E-mail: fatimayusubzada@gmail.com


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd