Lənkəran Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyəti.

2018-2019-cu tədris ilində yenidən qurulan Lənkəran Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin hal-hazırda strukturu:

Ülkər Fərzəliyeva - Lənkəran Dövlət Universiteti üzrə sədr

27 iyul 1992-ci ildə Lənkəran rayonunun Moğonojoba kəndində anadan olmuşdur. 1998-cü ildə Şürük kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 2009-ci ildə təhsilini müvəffəqiyyətlə bitirmişdir. 2009-ci ildə Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olmuş, 2013-cu ildə bakalavr pilləsini bitirərək, 2013-2015-ci illərdə Lənkəran Dövlət Universitetinin magistratura şöbəsinin “Riyazi analiz” ixtisaslaşması üzrə təhsil almışdır. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin “Kompüter elmləri” ixtisası, fəlsəfə doktoru üzrə doktoranturaya qəbul olmuşdur. 2014-2017-ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində metodist-müəllim vəzifəsində çalışmışdır. Hal-hazırda Universitetin “Riyaziyyat və informatika” kafedrasında baş müəllim kimi çalışır. Elmi işi ilə əlaqədar çap olunmuş 13 elmi məqalə və tezisin müəllifidir.

Elektron poçt ünvanı: ulker_salayeva@mail.ru

Barat Mirzəzadə - “İqtisadiyyat və idarəetmə” fakültəsi üzrə Sədr

Barat İsmayıl oğlu Mirzəzadə 14.08.1999-cu il tarixində Lənkəran rayonunun Viyən kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Viyən kənd tam orta məktəbində təhsil almışdır. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin bakalavirat səviyyəsi üzrə “İqtisadiyyat və İdarəetmə” fakültəsinin “İqtisadiyyat” ixtisasına qəbul olmuş və 2020-ci ildə həmin ixtisası bitirmişdir. Elə həmin il də Bakı Mühəndislik Universitetinin magistratura səviyyəsi üzrə “Dövlət strukturlarında menecment” ixtisaslaşmasına qəbul olmuş və 2022 – ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 2022-ci ilin sentyabrından Lənkəran Dövlət Universitetində “Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində” tyutor kimi başlamışdır. 2023 – cü ilin yanvar ayından isə “Keyfiyyət təminatı şöbəsində” tyutor kimi çalışmışdır. 2023-ci ilin sentyabrından Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının 1.0 ştat müəllimi vəzifəsində çalışır. Bir sıra təlim və konfranslarda iştirak etmiş və sertifikatlara layiq görülmüşdür. 6 tezis və məqalə müəllifidir. “Menecment”, “İqtisadiyyata giriş”, “Dövlət idarəçiliyi nəzəriyyəsi”,”Rəqəmsal iqtisadiyyat”, “İqtisadi fikir tarixi”, “Ətraf mühitin iqtisadiyyatı”, “Sahibkarlığın əsasları və biznesə giriş” və s. fənlərini tədris edir.

Elektron poçt ünvanı: tec@lsu.edu.az

Qalib Əmənov – “Tarix, coğrafiya və incəsənət” fakültəsi üzrə sədr:

17 sentyabr 1975-ci ildə Lerik rayonunun Nücü kəndində anadan olmuşdur. 2003-cü ildə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin “Coğrafiya” ixtsasının bakalavr pilləsini, 2005-ci ildə isə magistartura pilləsi üzrə “İqtisadi və sosial coğrafiya” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə Lənkəran Dövlət Universitetində kiçik elmi işçi, elmi işçi, dekan müavini vəzifələrində işləmişdir. Hazırda “Coğrafiya və onun metodikası” kafedrasının müəllimi kimi fəaliyyət göstərir. 2011-ci ildən AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnsititutunun dissertantıdır. Qarabağ müharibəsi veteranıdır.

Elektron poçt ünvanı: 75winner@mail.ru

Şəfa Ağazadə - "Filologiya və ibtidai təhsil" fakültəsi üzrə sədr

1996-cı il iyulun 17-də Lənkərən rayonunun Veravul kəndində anadan olmuşdur. 2014-cü ildə Lənkəran Dövlət Universitetinin “Tərcümə” ixtisasına qəbul olmuş, 2018-ci ildə həmin ixtisas üzrə bakalavr səviyyəsini bitirmişdir. 2020-2022-ci illərdə LDU-nun “Xarici dilin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistr təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 2019-cu ildə Lənkəran Tibb Kollecində İngilis dili müəllimi kimi işə başlamışdır. 2022-ci ildə LDU-nun nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə İngilis dili müəllimi kimi çalışmışdır. 2022-ci ilin sentyabrından isə Lənkəran Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir.

Elektron poçt ünvanı: aghazadashafa1122@gmail.com

Arzu Nuruzadə - “Aqrar və mühəndislik” fakültəsi üzrə sədr

04.05.1996-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 2013-cü ildə Lənkəran Şəhər R. Bədəlov adına 9 saylı tam orta məktəbini bitirdikdən sonra 2013-2017-ci illərdə Lənkəran Dövlət Universitetində Təbiyyat fakültəsinin ”Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr, 2019-2021-ci illərdə həmin universitetin eyniadlı fakültəsinin “İnformatikanın tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistr təhsili almışdır. 2016-cı ildən etibarən Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışmışdır. 2021-ci ildən etibarən Lənkəran Dövlət Universiteti “Texnologiya və texniki elmlər” kafedrasında müəllim vəzifəsində çalışır. 3 elmi məqalə və tezisin müəllifi, müxtəlif Respublika və beynəlxalq səviyyədə təşkil olunmuş müxtəlif müsabiqə və təlimlərin iştirakçısı olmuşdur.

Elektron ünvanı:arzu.nuruzade96@gmail.com

Məhəmmədəli Tağıyev – “Baytarlıq” fakültəsi üzrə Sədr

24 iyun 2004-cü ildə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuşdur. Masallı rayon Mahmudavar kənd tam orta məktəbində təhsil almışdır. 2021-ci ildə həmin məktəbi bitirmiş, həmin ildə Lənkəran Dövlət Universitetinin “Zoomühəndislik” ixtisasına qəbul olunmuş və 2025-ci ildə bitirmişdir. 2025-ci ildə Lənkəran Dövlət Universitetinin “Baytarlıq sanitariya-ekspertizası” ixtisası üzrə magistr pilləsinə qəbul olunmuş və hazırda magistratura səviyyəsinin I kurs tələbəsidir.

Elektron poçt ünvanı: muhammadalitagiyev@gmail.com

Günay Məmmədova – “Təbiyyat” fakültəsi üzrə Sədr

1991-ci il 29 dekabr tarixində Qax rayonunda anadan olmuşdur. 1998-ci ildə Qax şəhər N. Allahverdiyev adına 2 saylı tam orta məktəb liseyinin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə isə həmin məktəbi bitirmişdir.

2009-cu ildə Azərbaycan Dövlət Müəllimlər İnstitunun Zaqatala filialının Tarix-Coğrafiya müəllimliyi ixtisasına daxil olmuş və 2013-cü ildə bitirmişdir. 2014-cü ildə Lənkəran Dövlət Universitetinin “Azərbaycanın fiziki coğrafiyası” ixtisası üzrə magistr pilləsinə daxil olmuş və 2016-ci ildə isə fərqlənmə diplomu ilə bitirmişdir.

2017-2021-ci illər ərzində Zaqatala şəhər Paşan kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 dekabr 2025-ci il tarixli qərarı ilə Günay Qulu qızı Məmmədova coğrafiya ixtisasında Coğrafiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

2021-ci il 16 sentyabr tarixindən Lənkəran Dövlət Universitetində Biologiya və Ekologiya kafedrasında 1.0 ştat müəllim kimi fəaliyyət göstərir.

22 elmi əsərin (11 məqalə, 11 tezis) müəllifidir.

Electron poçt: m.gunay@lsu.edu.az


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd