“LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ ”nin (bundan sonra LDU)
         Bakalavriat səviyyəsi üzrə qəbul olmuş abituriyentlərin
           qeydiyyatı üçün tələb olunan sənədlər və qaydalar:
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
2024/2025-ci tədris ili üçün Lənkəran Dövlət Universitetinin (LDU) bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin qeydiyyatı onlayn qaydada həyata keçirilir. Qəbul olmuş şəxslər 28 avqust 2024-cü il tarixi saat 11:00-dan, 06 sentyabr 2024-cü il tarixi saat 18:00-dək portal.edu.az Abituriyentlərin portal.edu.az internet ünvanı ilə müraciət etməsi üçün hər hansı bir sənəd daxil etməsinə ehtiyac yoxdur. Yalnız Subbakalavr olaraq (qəbul imtahanlarında iştirak etmədən) qəbul olunanlar subbakalavr diplomunu, kolleci bu il bitirənlər isə təhsilini başa vurması haqqında arayışı sistemə daxil etdikdən sonra müraciət etməlidir. Qeyd: Abituriyent yalnız onun üçün “Ödəniş edilməlidir” statusu təyin edildikdən sonra “Ödəniş qaydaları linki”ndə göstərilən üsulların hər hansı biri ilə ödəniş etməlidir (“Ödəniş qaydaları linki”nə daxil olub ödəniş qaydaları ilə tanış olabilirsiniz).
Ödənişli əsaslarla qəbul olanlar müvafiq ixtisaslar üzrə illik təhsil haqqının 50 (əlli) faizini ödəməlidir. Yalnız “Əyani” qəbul olunan və müvafiq şərtlərə uyğun (Ətraflı məlumat üçün “Təhsil tələbə kreditlərinin verilməsi Qaydası linki” nə keçidinə daxil ola bilərsiniz) olan tələbələr “Təhsil Tələbə Krediti Fondu”na müraciət edə bilərlər. (İxtisası üzrə təhsil haqqını bilməyən bakalavrlar “Ödəniş qaydaları linki” nə daxil olaraq təhsil haqları ilə tanış olabilərlər);
İmtiyazlı kateqoriyalardan olan abituriyentlər qeydiyyatı aparmaq üçün “İmtiyazlılardan tələb olunan sənədlər”keçidinə daxil olaraq ona aid olan kateqoriya üzrə sənədləri sistemə daxil edib müraciəti göndərməlidir.
Diqqət: Müəyyən olunmuş müddətdə portal.edu.az internet ünvanında qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və həmin abituriyent LDU-nun tələbələri sırasına daxil edilməyəcəkdir!
                                                                                                                                                                                           REKTORLUQ
Diqqət: Qeydiyyatdan keçən abituriyentlər dərsə gələn zaman aşağıdakı sənədləri universitetə şəxsən təqdim etməli və onlara təqdim olunacaq anketi doldurmalıdırlar:
1. Şəxsiyyət vəsiqəsinin surəti (hər iki üzü);
2. Əvvəlki təhsili haqqında sənədin əsli:
2.1. Tələbə orta məktəbi bitiribsə, attestatın əsli;
2.2. Tələbə kollec bitiribsə, subbakalavr diplomunun əsli və diploma əlavənin surəti;
2.3. Tələbə ali təhsil alıbsa, bakalavr diplomunun əsli və diploma əlavənin surəti;
3. Abituriyentin qəbulu barədə DİM-in saytındakı şəxsi səhifəsindən çıxarış;
4. 3x4 ölçüdə 4 (dörd) ədəd fotoşəkil;
5. Sağlamlıq haqqında tibbi arayış (LDU-ya təqdim etmək üçün Forma – 086 şəkilli);
6. Oğlanlar üçün ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (möhür olan bütün səhifələrin);
7. İpli qovluq (sənədləri yerləşdirmək üçün).
Diqqət: Bütün tələbələr 2024-cü il 15 – 30 sentyabr tarixlərində müvafiq fakültələrə uyğun universitetin korpuslarına yaxınlaşaraq müqavilə imzalamalıdır. Həm də imtiyazlı tələbələr tələb olunan sənədləri “İmtiyazlılardan tələb olunan sənədlər linki”ndə tələb olunduğu formada) fakültə mühasiblərinə təqdim etməlidirlər!
portal.edu.az internet ünvanından qeydiyyatdan keçərkən yaranmış çətinliklərlə bağlı və tədris barədə ümumi məlumatlar ilə bağlı əlaqə nömrəsi:
Mobil: Ülvi Məhərrəmov (+994) 51 406-76-11
İş: 025 255-14-01
Təhsil haqqı ödənişləri ilə bağlı məlumat üçün (Həmçinin imtiyazlı abituriyentlər müraciət edə bilər) əlaqə nömrəsi:
İş: 025 255-06-92
Mobil:
Tural Əlili (+994) 70 342-11-55
Şəhriyar Həsənzadə (+994) 70 710-00-42
Əziz Əzizzadə (+994) 50 898-40-84