Quliyev Allahşükür Əzizağa oğlu
Quliyev Allahşükür Əzizağa oğlu 27 iyun 1990-cı ildə Lənkəran rayonu Qodəsə kəndində anadan olmuşdur. 1997-ci ildə Lənkəran rayonu Türkəncil kənd əsas məktəbin 1-ci sinfinə qəbul olunmuş, 2007-ci ildə Günəhir kənd orta məktəbini bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinə qəbul olunmuşdur. 2011-ci ildə Universiteti müvəffəqiyyətlə bitirərək Riyaziyyat ixtisası üzrə bakalavr ali-peşə diplomunu almışdır. 2011-ci ildə Lənkəran Dövlət Universitetinin “Riyazi analiz” ixtisaslaşması üzrə magistraturasına qəbul olunmuş və hərbi xidmətə yollanmışdır.
2011/2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ordu sıralarında xidmət etmişdir. 2015-ci ildə “Şredinger tənliyinin ümümiləşmiş fünksiyalar fəzasında həlli” mövzusunda dissertasiya işini müdafiə edərək “Riyazi analiz” ixtisaslaşması üzrə magistr dərəcəsi almışdır. 2012/2013-cü illərdə Lənkəran Dövlət Universitetində mühəndis-iqtisadçı, kiçik elmi işçi, kadrlar şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2013/2016-cı illərdə “Bank of Baku” ASC-də biznes kreditləri üzrə ekspert vəzifəsində çalışmışdır.
06 iyun 2016-cı il tarixindən Lənkəran Dövlət Universitetində Məzunlarla iş və təcrübələrin təşkili bölməsinin müdiri vəzifəsində çalışmış, 01 oktyabr 2016-cı il tarixindən “İnsan resursları və kargüzarlıq şöbəsi”nin müdiri vəzifəsinə keçirilmişdir. 01 yanvar 2019-cu il tarixindən Universitetin Elmi Katibi vəzifəsində çalışır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 05.04.2023-cü il tarixli qərarı ilə ona “Adi və xüsusi törəməli, kəsr tərtibli diferensial tənliklərin fundamental həllərinin alınması üçün faktorizasiya üsulu” mövzusunda “12.11.01-Diferensial tənliklər” ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi (PhD) verilmişdir. Ümumilikdə 20 elmi məqalə və tezisi nəşr olunmuşdur. Allahşükür Quliyev həmçinin “Riyaziyyat və informatika” kafedrasının 0.5 ştat baş müəllimidir.
Ailəlidir, 2 övladı var.
E-mail: quliyev_allahsukur@mail.ru
Əlaqə telefonları: iş: (+994) 025 25 5 25 88 (daxili-105).
Mobil :(+994) 050 362 82 52