Azər Aydın oğlu Əliyev 1963-cü ildə Astara rayonunun Pensər kəndində anadan olub. 1980-ci ildə Pensər kənd orta məktəbini, 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu İnşaatçı-mühəndis ixtisası üzrə bitirmişdir. Uzun illər Bakı şəhərində müxtəlif tikinti idarələrində çalışmışdır. 2016-cı ilin iyun ayından Lənkəran Dövlət Universitetində Maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışır.