Tezislər üçün tələb olunan qaydalar:

1. Tezislər Times New Roman 12 şriftlə, 1 intervalla yazılmalıdır.

2. Tezis mətni 1-2 səhifə aralığında tərtib edilməlidir.

3. Tezisin mətni Azərbaycan, Rus, İngilis və Türk dillərində verilə bilər.

4. Tezisdə müəllifin soyadı, adı, elmi adı və elmi dərəcəsi, aid olduğu müəssisə və e-mail ünvanı göstərilməlidir.

5. Elmi dərəcəsi olmayanlar üçün təsdiqli rəy, həmçinin doktorant və dissertantlar üçün elmi rəhbərlərinin təsdiqli rəyi tələb olunur.

6. Magistrantlar tezislərini elmi rəhbərləri ilə birgə, magistr dərəcəlilər isə ixtisası üzrə elmi dərəcəli müəlliflə birlikdə təqdim etməlidir. (Elmi dərəcəli həmmüəllifin rəyi olmaqla)

7. Müəlliflər, tezislərini aid olduqları müvafiq müəssisə rəhbərinin razılıq məktubu ilə birlikdə təqdim etməlidirlər.

8. Müəlliflərdən ən azı biri konfransda iştirak etməlidir, iştirak etməyən müəllifin (müəlliflərin) tezisi çap olunmayacaqdır.

9. Lənkəran Dövlət Universitetinin əməkdaşları tərəfindən təqdim olunan tezis üçün müəllifin aid olduğu müvafiq kafedranın rəyi tələb olunur.

10. Tezisdəki orfoqrafik səhvlər üçün müəllif məsuliyyət daşımaqdadır.

11. Konfrans üçün tezislər 4 dekabr 2021-ci il tarixinədək qəbul ediləcəkdir.

12. Hazırlanan tezislər yalnız elmi_tezis@lsu.edu.az elektron ünvanında qəbul olunur.

Tələblərə cavab verməyən tezislər qəbul edilməyəcək və müəlliflərə əlavə məlumat verilməyəcəkdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd