LSU Sustainability

Lənkəran Dövlət Universitetinin Ekologiya ixtisası tələbələri mütəmadi olaraq Ekoloji aspektlər üzrə təlimlərdə, seminarlarda iştirak edirlər.

Belə təlimlər Hirkan Milli Parkının, Qızılağac Milli Parkının, 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılır.

Bundan əlavə, tələbələrimiz Hirkan Milli Parkının, Qızılağac Milli Parkının və eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdiyi və təşkil etdiyi bir sıra təlim və təcrübələrdə fəal iştirak edirlər.

Ekologiya ixtisasının tələbələri hətta öz istehsalat təcrübəsini universitetimizin professor-müəllim heyəti ilə birlikdə Hirkan Milli Parkında və Qızlıağac Milli Parkında keçirlər.

2023-cü ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə Qızılağac Milli Parkında Lənkəran Dövlət Universitetinin tələbə və professor-müəllim heyətiylə birgə “Balıq körpələrinin təbiətə buraxılması” tədbiri həyata keçirildi.

Lənkəran Dövlət Universitetində Ekoloji aspektlər üzrə bu və ya digər tədbirlər hər il keçirilməkdədir.

Bundan əlavə, Universitetimizin müəllim və tələbələri ekologiya və təbii sərvətlərə dair keçirilən müxtəlif Respublika Elmi və Beynəlxalq konfranslarda iştirak edirlər.



Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd