LSU Sustainability

Lənkəran Dövlət Universitetində satınalma prosedurları Azərbaycan Respublikası Dövlət satınalmaları haqqında qanuna əsasən həyata keçirilir.

İlk öncə Azərbaycan Respublikası Dövlət satınalmaları Qanunun 18-ci maddəsinə uyğun olaraq bir büdcə ili ərzində təşkil ediləcək satınalmalar barədə məlumatı əks etdirən plan təsdiq edilərək etender.gov.az portalında yerləşdirilir.

Lənkəran Dövlət Universiteti da Satınalma planına əsasən satınalınan mallar, işlər və ya xidmətlərin alnması 3 üsulla həyata keçirilir:

1. Bir mənbədən satınalma üsulu

2. Kotirovka üsulu

3. Açıq tender üsulu

1. Azərbaycan Respublikası Dövlət satınalmaları haqqında qanunun 49-cu maddəsinə sasən Bir mənbədən satınalma predmeti yalnız hər hansı konkret təchizatçı olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda birmənbədən satınalma usulundan tətbiq edilir. Universitet olaraq, rəsmi distribyutordan – ölkə daxilinə malın tək satışını həyata keçirən firma və şirkətdən alara həyata keçirir.

2. Azərbaycan Respublikası Dövlət satınalmaları haqqında qanunun 48.1 maddəsinə əsasən kotirovka sorğu usulu ehtimal olunan qiymət 100 000 manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilir.

3. Açıq Tender usulu metodunu qanunun 44.2-ci maddəsinə uyğun olaraq ehtimal olunan qiymət 100 000 manat və ondan çox olduqda tətbiq edilir.

Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikası Dövlət satınalmaları haqqında qanunun 1.1.19 maddəsinə əsasən yeddi nəfərdən ibarət biri sədr altı üzv olmaqla tender komissiyası yaradılmışdır. Komissiyanın yaradılmaı şəffaflığın qorunması, qanunauyğunluqlara riayət olunması məqsədi daşıyır. Komissiya tərəfindən hər il aparılacaq təmir tikinti işlərinin, alınacaq mal və xidmətlərin qanunauyğun şəkildə həyata keçirilməsi ilə bağlı satınalma prosesini həyata keçirmək üçün protokol tərtib edilir. Bu protokol əsasında tenderin əsas şərtlər toplusu hazırlanır və etender.gov.az portalında dərc olunur. Baş tutmuş satınalma prosedurunda (Açıq tender və ya kotirovka sorğusunda) minumum 3 iddiaçı iştirak edir. İştirakçılar arasında ən aşağı qiymət təklifi vermiş iddiaçı qalib elan edildikdən sonra yekun protokol təsdiq edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilir.

İcra orqanının razılığına əsasən qalib elan olunmuş iddiaçı ilə müqavilə bağlanılır və bununla bağlı etender.gov.az saytında bildiriş verilir.

Müqaviləyə əsasən mal və xidmətlər universitetə təhvil verilir.



Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd