LSU Sustainability

Lənkəran Dövlət Universitetinin davamlı investisiya siyasəti

İnvestisiya Siyasəti İctimai Şura tərəfindən illik nəzərdən keçirilir və hər hansı tövsiyə edilən dəyişikliklər İctimai Şuranın razılığını tələb edir.

Kadr olaraq baytarlara, aqronomlara, ekoloqlara, yaxşı müəllimlərə, iqtisadçılara və s. kadrlara ciddi ehtiyac var, ona görə də Lənkəran Dövlət Universiteti həmin ehtiyacları ödəyə biləcək peşəkar kadrların hazırlanmasına ciddi səy göstərir. Bunun nəticəsidir ki, Lənkəran Dövlət Universiteti iqlim dəyişikliyi ilə bağlı təhsili əhatə etməsini təmin etmək məqsədi daşıyan bir sıra beynəlxalq və regional tədbirlərin iştirakçısıdır.

Son üç ildə Lənkəran Dövlət Universiteti davamlılıq səylərinə əhəmiyyətli sərmayə qoyub. Universitet sənəd dövriyyəsi sistemini, HR idarəetmə sistemini, Tələbə İnformasiya Sistemini və Tədris İdarəetmə Sistemini uğurla rəqəmsallaşdırıb. Bu təşəbbüs kağızdan istifadəni azaltmaq, əməliyyat sürətini artırmaq, şəffaflığı artırmaq və universitet proseslərinin ümumi keyfiyyətini yüksəltmək üçün həyata keçirilib.

Lənkəran Dövlət Universitetinin sərmayə qoyduğu Baytarlıq klinikasının 2024-cü ilin sentyabrında açılışı gözlənilir. Bu klinika cənub bölgəsində yeganə və müasir klinika olacaq. 2020-ci ildən başlayaraq, Kafkas Kars Universiteti ilə birgə həm onlayn, həm canlı dərslərimiz keçirilir. Həm o Universitetin müəllimlərindən Universitetimizə gələrək baytarlıq fakültəsindəki tələblərimizə təcrübə keçirilir. Həm də Lənkəran Dövlət Universitetindən o universitetə təcrübə keçmək üçün tələbələrimiz mübadilə edilir. Bütün bunlara Lənkəran Dövlət Universiteti sərmayə ayırır. Bu klinikada məzun olan tələbələrimiz iş fəailiyyətinə davam edə bilərlər, həmçinin cənub bölgəsinin fermerləri və fərdi sahibkaraları üçün də bu klinika fəailiyyət göstərəcəkdir.

Bu təşəbbüs məzun tələbələrə hərtərəfli təlim verməklə, onları bu ixtisaslaşdırılmış sektorda karyeraya hazırlamaqla elm və sənaye arasında möhkəm tərəfdaşlığı inkişaf etdirir.

Bitkiləri, heyvanları, mikroorqanizmləri və insanları əhatə edən ekologiyaya dair tədqiqatlar və ətraf mühitin monitorinqi, biomüxtəlifliyin qorunması və bioresursların qiymətləndirilməsi üçün işlər aparılır.

Bundan əlavə, Lənkəran Dövlət Universiteti çayçılığı, bitkiçiliyi, bağçılığı və ağac şitilçiliyini da inkişaf etdirir. Universitetimizin öz çay sahələri və ağac şitili sahələrimiz var ki, Universitet buraya da sərmayə qoyur. Ağac şitillləri yetişdirilərək, əməkdaşlığımız olan universitetlərə və təşkilatlara bu ağac şitillərini paylayırıq və ərazi yaşıllaşdırmasına dəstək oluruq.

Karbon emissiyasının azaldılması ilə bağlı tələbələrlə birlikdə “ekologiya günləri” keçiririk.

Eyni zamanda, Lənkəran Dövlət Universiteti karbon emissiaysının azaldılmasına da invesitisiya qoymuşdur. Belə ki, universitetin “Seaside” otelində, professor-müəllim heyəti üçün tikilmiş xidməti mənzillərdə, oğlan və qız tələbələr üçün olan yataqxanalarda və digər binalarımızada təbii qazın istifadəsindən imtina edilərək, elektrik enerjisindən istifadə olunur.

İctimai Şura investisiya nəzarətini Lənkəran Dövlət Universitetinə həvalə edib. İctimai Şura qeyd olunan məsələlərə görə məsuliyyət daşımır.



Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd