LSU Sustainability

İqlim elmi və ya ətraf mühitin davamlılığı mövzusunda keçirilən seminarlardan, maarifləndirici təlimlərdən, Respublika və Beynəlxalq Elmi konfranslardan Lənkəran Dövlət Universitetinin tələbələri və professor-müəllim heyəti geri qalmırlar.

6 dekabr 2023-cü il tarixində Lənkəran Dövlət Universiteti, Odlar Yurdu Universiteti və Dendrologiya İnstitutunun birgə təşkil etdiyi elmi seminarda Lənkəran Dövlət Universitetinin professor və tələbələri Elmi vebinarda iştirak etmişlər. Burada müasir ekoloji vəziyyət və Cənubi Xəzər dənizi ilə bağlı problemlər mövzusunda müzakirələr aparılıb. Lənkəran Dövlət Universitetinin professor-müəllim və tələbələri Cənubi Xəzər dənizinin Lənkəran-Astara sahillərinin müasir ekoloji vəziyyəti və problemləri ilə bağlı mövzu və müzakirələr aparıblar.

21 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qızılağac Milli Parkında “Flaminqo” festivalı keçirilib. LDU tələbələri Flaminqo festivalında birinci oldular. Festifal zamanı Lənkəran Dövlət Universitetinin Ekologiya ixtisası üzrə II və IV tədris ili tələbələri fəallıqları ilə seçiliblər.

Ekoviktorinada 10-dan artıq komanda içində Lənkəran Dövlət Universitetinin tələbələrindən ibarət “Ağgöl Milli Parkı” adlı komanda hər 3 turda yüksək nəticə əldə edərək I yeri özünə təmin edib, hədiyyə və təşəkkürnamə ilə təltif olunub.

Festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, həmçinin Qızılağac Milli Parkını tərənnüm edən simvollar nümayiş etdirilib.

Tədbirdə ETSN-nin rəsmiləri, Milli parkla həmsərhəd olan Masallı, Neftçala rayon, Lənkəran şəhər İcra Hakimiyyətlərinin başçıları, Bakı Dövlət Universitetinin, Lənkəran Dövlət Universitetinin, Azərbaycan Turizm Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin müəllim və tələbələri, Hirkan, Abşeron, Göygöl, Samur-Yalama, Şirvan Milli parklarının, Zaqatala Dövlət Təbiət qoruğunun təmsilçiləri, müxtəlif ictimai təşkilat, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.

Çexiyanın Karlovo Universitetinin tanınmış ekoloq-alimləri ilə Lənkəran Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə birlikdə Hirkan Milli Parkında müxtəlif təlimlər keçirilmişdir.

Qızılağac Milli Parkının əməkdaşları Lənkəran Dövlət Universitetində tələblər üçün mütəmadi olaraq maarifləndirici təlimlər keçirlər. Eyni zamanda hər il Lənkəran Dövlət Universitetinin müvafiq ixtisas tələbələri öz istehsalat təcrübəsini həm Hirkan Milli Parkında, həm də Qızılağac Milli Parkında keçə bilirlər.

19.04.2024-cü iı tarixində, Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun" məsləhətçi müfəttişi Hüseynov Bəxtiyarın hazırladığı layihənin təşəkkül tapması ilə əlaqədar Çexiya və Azərbaycanın əməkdaşlığı çərçivəsində Dostluq parkının açılışı oldu. Bunun görə də Haftoni qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirildi. Aksiyada regionun relikt bitkisi olan dəmirağacı tingləri əkildi. Aksiyada Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçekin, 1 saylı Ərazi üzrə Regional Ərazi üzrə Ekologiya və təbii sərvətlər idarəsinin müdiri Ceyhun Hüseynov, idarənin əməkdaşları, rayon icra nümayəndəlyi işçiləri, Hirkan Milli Parkı nümayəndəliyi, meşə təsərrüfatı işçiləri, həmçinin LDU-nun Təbiyyat fakültəsinin Ekologiya IV tədris ili tələbələri də iştirak etdilər. Təlim və təcrübədə olan bu tələbələr baş müəllim Qalib Əmənovun rəhbərliyi ilə bu aksiyada fəal iştirak etdilər.

19 aprel 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin təşkilati dəstəyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü, Lənkəran şəhər İcra Hakimiyyətinin və Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının birgə iştirakı ilə Lənkəran rayonunun Haftoni qəsəbəsindəki Haftoni meşəbəyiliyinin 15 saylı dolayında ekoloji aksiya keçirilmişdir. Tədbirdə 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi, Hirkan Milli Parkı, Qızılağac Milli Parkı, cümlədən Lənkəran Dövlət Universitetinin müəllim və tələbə heyəti iştirak etmişdir. 40 nəfərin iştirak etdiyi tədbirdə “COP29 və Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ələt-Astara magistral yolunun yaxınlığında yerləşən “Azərbaycan – Çexiya Dostluq Parkı”nın ərazisində 100 ədəd dəmirağac cinsli tinglər əkilmişdir.



Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd