LSU Sustainability

Lənkəran Dövlət Universitetinin Azərbaycanın cənub bölgəsindəki fəaliyyəti bölgənin mədəni-siyasi, elmi həyatında alimlərin, ziyalıların və tələbələrinin fəal iştirakına şərait yaratmaqla müasir ictimai mühitin formalaşmasına səbəb olmuşdur.

Lənkəran Dövlət Universiteti ilk addımlarını Azərbaycanın müstəqilliyi dövründəki təhsil sistemi ilə birlikdə atmış və bu gün respublikanın qabaqcıl ali təhsil müəssisələrindən biri kimi 30 illik uğurlu tarixi yol keçmişdir. Lənkəran Dövlət Universiteti milli mədəniyyətimizin, elm və təhsilimizin inkişafında mühüm xidmətlər göstərmişdir. Hal hazırda Universitetimizdə 6-fakültədə 6000-dən çox tələbə təhsil alır ki, bu tələbələr Azərbaycanın bütün bölgələrindən, eləcə də xarici ölkələrdən gəlirlər. Birgəyaşayış və harmoniya tarixən Azərbaycanda həyat tərzi olmuş və müstəqilliyinin bərpasından sonra dövlət siyasətinə çevrilmişdir. Bu məqsədlə LDU-da etnik, dini, mədəni azlıqlar digər tələbələrdən fərqlənmir, multikultural mühit onları daha da mehriban edir. Ali təhsilin bakalavriat səviyyəsində isə bütün tələbələrə “Multikulturalizmə giriş” fənni tədris olunur. Birgəyaşayış tələbələrdə həyat tərzi olmaqla yanaşı, onlara nəzəri biliklər də öyrədilir. Etnik, irqi, dini, mədəni və gender formasından asılı olmayaraq tələbələr universitetin idarəetməsində iştirak edir, Tələbə gənclər təşkilatı, Tələbə həmkərlar təşkilatı, Tələbə elmi cəmiyyəti və s. birliklər təsis edirlər. Onlar Fakültə Elmi Şurasında və Universitet Elmi Şurasında təmsil olunurlar.

Eyni zamanda “Pedaqogika, psixologiya və incəsənət” kafedrasında gender siyasəti, birgəyaşayış, inkluzivlik kimi istiqamətlər üzrə tədqiqatlar aparılır.



Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd