LSU Sustainability

LDU-da etnik, dini, milli azlıqlarla yanaşı fiziki qüsurlu tələbələr də təhsil alır. Cari qiymətləndirmədə sağlamlıq imkanları məhdud tələbələr üçün onların sağlamlığına uyğun kollokviumlar və imtahanlar təşkil olunur. Lənkəran Dövlət Universiteti ESFIDIP (Establishment of a Foundation for the Integration of Disabled People into HEIs of Azerbaijan) TEMPUS qrant layihəsinin tərəfdaşı olmuşdur. Bu layihə çərçivəsində Xəzər Universiteti, Lodz Universiteti(Polşa), Makedoniya Universiteti (Yunanstan), Qraz Universiteti(Avstrya), Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi və Əlil Təşkilatları İttifaqının nümayəndələri birgə bu sahədə əməkdaşlıq etmişlər. Layihə çərçivəsində LDU-da “Əlil tələbələr üçün mərkəz” yaradılmışdır. Müasir avadanlıqlarla təchiz olunmuş mərkəzlə yanaşı Universitet tərəfindən tədris binasında onlar üçün panuslar, lift qurşdırılmış və digər lazımi avadanlıqlarla təchiz edilmişdir.

Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən Prezidentin fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Xüsusi qayğıya ehtiyacı olan tələbələr kollektivə uyğunlaşır, cəmiyyətə inteqrasiya olunur, digər tələbələr kimi bərabər hüquqlu şəxsiyyət kimi formalaşırlar. Bu da onlarda özünə inam hissini daha da artırır. Məhz belə tələbələrimiz içərisində paralimpiya (üzgüçülük və ağırlıqqaldırma üzrə) çempionları var.



Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd