LSU Sustainability

• Yerli icma üçün maarifləndirmə layihələri

Lənkəran Dövlət Universiteti ilə orta məktəblər arasındakı əlaqələrin möhkəmləndirilməsi məqsədilə, fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə hər il Zona Fənn Olimpiadası keçirilir.

Zona Fənn Olimpiadasında Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumi və tam orta məktəblərinin IX, X və XI sinif şagirdləri iştirakı edir. Bilik yarışmasına qatılan şagirdlər seçdikləri fənnlər üzrə 3 açıq tipli sualı 2 saat 30 dəqiqə ərzində yazılı cavablandırırlar.

Olimpiada qalibləri üçün mükafatlandırma mərasimi keçirilir və onlara Lənkəran Dövlət Universitetinin fəxri-fərman, diplom və qiymətli hədiyyələri təqdim olunur.

Qeyd edək ki, Zona Fənn Olimpiadası hər il Lənkəran Dövlət Universitetində keçirilir. Son 6 ildə ənənəvi olaraq hər il keçirilən Zona Fənn Olimpiadasında 2100-ə yaxın şagird iştirak etmişdir.



Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd