LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNİN “ELM VƏ TƏDQİQAT İŞLƏRİ” ŞÖBƏSİNİN VƏZİFƏLƏRİ

Şöbə Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və Lənkəran Dövlət Universitetinin (LDU) rəhbərliyinin əmr, sərəncam və təlimatlarını, Lənkəran Dövlət Universitetinin Elmi Şurasının qərarlarını rəhbər tutaraq fəaliyyət göstərir.

1. LDU-nun elmi-tədqiqat fəaliyyətinə dair hesabat sənədlərini hazırlamaq;

2. Mühüm əhəmiyyətə malik tətbiqi xarakterli elmi işlər və onların səmərəliliyi haqqında məlumatlar hazırlamaq;

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və AMEA-ya LDU-nun elmi fəaliyyəti və tədqiqat işlərinin nəticələri barədə hesabat və lazımi məlumatları vaxtında vermək;

4. Tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmalarına, tələbələrin inkişaf dinamikasına nəzarət etmək;

5. LDU-nun Tələbə Elmi Cəmiyyəti (TEC) fəaliyətini müəyyənləşdirmək;

6. Elmi tədbirlərin planlaşdırılmasında metodiki yardım göstərmək və elmi tədbirlərə nəzarət etmək;

7. Elmi tədbirlərin keçirilməsi üzrə təşkilati məsələlərə nəzarət etmək;

8. LDU-nun elmi-tədqiqat fəaliyyətinin elektron kommunikasiya vasitələri ilə təbliğ edilməsi üçün müvafiq struktur bölmələri ilə və müvafiq təşkilatlarla qarşılıqlı əlaqə yaratmaq;

9. Elmin inkişafı ilə bağlı keçirilən elmi-innovativ konfrans, seminar, simpozium, treyninqlərdə və bu kimi digər tədbirlərdə LDU əməkdaşlarının iştirakı məqsədilə bu barədə onların mütəmadi məlumatlandırması və məsləhət verilməsi;

10. LDU-da “Elmi Xəbərlər” jurnalına məqalə qəbulu aparmaq, məqalələri rəyləşdirmək və jurnalın çapına nəzarət etmək;

11. LDU-da keçirilən konfransların materiallarının və aktual mövzulara həsr olunmuş elmi topluların nəşrə hazırlanmasının və yayılmasının təşkil edilməsi;

12. LDU əməkdaşlarının Scopus, Web of Science və s. kimi verilənlər bazasında indekslənmiş elmi jurnallarda nəşr fəaliyyətinin artmasını dəstəkləmək;

13. LDU-nun innovasiya fəaliyyətinin səmərəsinin artırılması üçün təkliflər hazırlamaq və həyata keçirmək.

14. İnnovativ və kommersiya üçün perspektivli elmi-tədqiqatların məlumat bazasını yaratmaq;

15. LDU-nun tələbələrinin və maqistrantlarının elmi fəaliyyətə cəlb edilməsinin və doktorantların və gənc tədqiqatçıların elmi fəaliyyətinin gücləndirilməsinə yönəldilən tədbirlərin hazırlanıb həyata keçirilməsinin təşkil edilməsi;

16. LDU-nun əməkdaş və tələbələrinin elmi-tədqiqat sahəsində əldə etdiyi nəticələrin elmi sferada və iqtisadiyyatın real sektorunda tanıdılmasını təmin etmək;

17. LDU-da müvafiq ixtisaslaşmalar və ixtisaslar üzrə magistr və doktorantların hazırlanması prosesini təşkil etmək və həyata keçirmək;

18. Elmi və elmi-pedaqoji kadrların hazırlanması ilə əlaqədar əmr, təlimat və digər sənədlərin layihələrini hazırlamaq;

19. Yerinə yetirilmiş elmi-tədqiqat və innovasiya işləri haqqında LDU-nun İllik Elmi Hesabatının hazırlanması;


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd