Təhsil sənədləri ilə iş şöbəsi


Bəşirli Araz Mirzə oğlu – Təhsil sənədləri ilə iş üzrə mütəxəssis

15 oktyabr 1994-cü il tarixində Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində anadan olmuşdur. 2001-2009-cu illərdə Asif Abdulov adına Yuxarı Ağalı kənd ümumi orta məktəbində ümumi orta təhsil, 2010-2013-cü illərdə isə Biləsuvar rayon 3 illik Peşə məktəbində ilk peşə-ixtisas təhsili almışdır.

2013-2015-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında hərbi xidmət keçmişdir.

2015-ci ildə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olmuş və 2019-cu ildə buranı bitirərək bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnmişdir. 2020-ci ildə Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsi üzrə “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası” ixtisaslaşmasına qəbul olmuş və 2022-ci ildə təhsilini bitirərək magistr elmi-ixtisas dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 2021-ci ildə Lənkəran Dövlət Universitetində başlamış və hal-hazırda Təhsil sənədləri ilə iş şöbəsində Təhsil sənədləri ilə iş üzrə mütəxəssis vəzifəsində çalışır.

E-mail: arazbesirli17@gmail.com


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd