Tədrisin təşkili, qeydiyyat, qiymətləndirmə və əlavə təhsil bölməsi


Tədrisin təşkili, qeydiyyat, qiymətləndirmə və əlavə təhsil bölməsi tədris ili üçün dərs yüklərinin kafedralar üzrə bölgüsünə, təsdiq edilməsinə və yerinə yetirilməsinə rəhbərlik və nəzarət edir. Fakültələr üzrə dərs cədvəllərinin tərtibinə rəhbərlik edir, onun optimal variantlarının işlənib hazırlanması üçün təklifləri ümumiləşdirir, dərs cədvəllərinə düzgün əməl olunmasına nəzarət edir. Tələbələrin alt qruplara təhkim olunmaqla akademik borclrını ləğv etməsi, təkrar imtahanların təşkil olunması, saathesabı dərs yüklərinin bölgüsü, təqaüdlərin təyin edilməsi barədə əmr layihələri hazırlayır. Tədris prosesinin daha da təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün təkliflər hazırlayır. İşçi tədris planlarının tədris planları əsasında hazırlanmasına nəzarət edir.

1. Axundzadə Rasimə Rasim qızı - Qeydiyyat və qiymətləndirmə üzrə mütəxəssis


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd