Təcrübə, potensial inkişaf və karyera bölməsi


Məhərrəmova Ruhəngiz İslam qızı – Pedaqoji təcrübə üzrə mütəxəsis

17 Aprel 1977-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1984-cü ildə T.Bayrəməlibəyov adına 2 saylı orta məktəbin, 1985-ci ildə H.Rzayev adına 2 saylı uşaq musiqi məktəbinin birinci sinifinə daxil olmuşdur .1992 ci ildə uşaq musiqi məktəbinin yeddinci sinifin orta məktəbin isə 8-ci sinifini bitirmiş.1992-1996-cı illərdə Lənkəran Musiqi texnukomunda Musiqi nəzəriyyəsi ixtisası üzrə təhsil almışdır.1997-2001-ci illərdə Lənkəran Dövlət Universitetində Musiqi təhsili ixtisası üzrə təhsil almışdır. 2017-2019-cu illərdə Lənkəran Dövlət Universitetində “İbtidai tədrisin metodika və metodologiyası” ixtisaslaşması üzrə magistratura təhsili almışdır.1997-ci ildən 2024-cü ilədək Lənkəran Musiqi texnikomunda (indiki Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar – Texnoloji kollecində) musiqi nəzəriyyəsi üzrə müəllim vəzifəsində çalışmışdır. Hazırda “Təcrübə, potensial inkişaf və karyera bölməsində” Pedaqoji təcrübə üzrə mütəxəsis vəzifəsində çalışır.

maharramova.ruhengiz@lsu.edu.az


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd