Tyutor xidmətinin təşkili və tələbə biliyinin qiymətləndirilməsi şöbəsi


Zamanzadə Əli Bəhram oğlu- tyutor

21 avqust 1997-ci ildə Lənkəran rayon Gərmətük qəsəbəsində anadan olmuşdur.2014-cü ildə Gərmətük qəsəbə tam orta məktəbini bitirmişdir.Həmin il Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Regionşünaslıq (Amerika üzrə) ixtisasına yüksək balla qəbul olmuş , 2018-ci ildə təhsilini başa vurmuşdur.2019-cu ildə Azərbaycan ordusunda N saylı hərbi hissədə müddətli həqiqi xidmət yolu keçmiş və xidməti başa vurduqdan sonra 2020-ci ilin mart ayından Lənkəran Dövlət Universitetində çalışır.

Zamanzadə Əli Bəhram oğlu həmçinin, 44 günlük Vətən Müharibəsi İştirakçısıdır.Azərbaycan Respublikasının prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli 2362 N-li sərəncamı ilə "Füzulinin azad olunmasına görə", 29 dekabr 2020-ci il tarixli 2369 N-li sərəncamı ilə "Qubadlının azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli 2716 N-li sərəncamı ilə "Şuşanın azad olunmasına görə", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s N-li sərəncamı ilə "Vətən Müharibəsi İştirakçısı" medalları ilə təltif edilmişdir.

Zamanzadə Əli Bəhram oğlu hal-hazırda Lənkəran Dövlət Universitetinin "Tyutor xidmətinin təşkili və tələbə biliyinin qiymətləndirilməsi" şöbəsinin əməkdaşıdır.

Zamanov1997.az@gmail.com


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd