Kitabxana universitetin strukturunda mühüm bölmə olaraq təhsil və informasiya funksiyalarını yerinə yetirən bölmə kimi tədris prosesini, müəllim və tələbələri kitabxananın fondunda olan ədəbiyyat və başqa materiallarla təmin etməklə universitetin kadr hazırlığında yaxından iştirak edir. Kitabxanada oxuculara kitab və digər sənədlərlə xidmət işi Abonement və Oxu zallarında həyata keçirilir. Burada universitetin professor və müəllim, inzibati idarə heyətinə, tələbə, magistr və doktorantlara elmi işlə məşğul olan digər əməkdaşlara xidmət edilir. Bundan başqa universitetin 1 və 2 saylı tədris korpuslarında da ixtisaslaşmış oxu zalları fəaliyyət göstərir.
Lənkəran Dövlət Universitetinin Elmi kitabxanası 1992-ci ildən, universitet yarandığı tarixdən təşkil olunmağa başladı. Burada kitabxananın yaranması işi, fəaliyyəti, oxuculara xidmət eyni zamanda həyata kecirilirdi. Artıq 1993 – cü ilin yanvar ayında dərslər başlanarkən kitabxana fondunda xeyli kitab toplanmışdı. Fondun təşkil olunmasında universitetin profilinə uyğun olaraq alınan kitablarla yanaşı Bakı Dövlət Universiteti kitabxanasının, Lənkəranda yerləşən kitabxanaların da müəyyən xidmətləri olmuşdur. Bir vaxt 1680 nüsxə kitab, bir oxu zalı, abonement və bir əlavə otaqla fəaliyyətə başlayan Lənkəran Dövlət Universitetinin kitabxanasında indi artıq, oxu zalları, geniş fondlar, kompyüter otağı və elektron kitabxana fəaliyyət göstərir.
Quliyeva Aygün Şaban qızı
Quliyeva Aygün Şaban qızı 1993-cü ildə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq – biblioqrafiya fakültəsini bitirmişdir. 1985-ci ildən MKS – in 82 N-li kitabxana filialında kitabxana müdiri vəzifəsində çalışmışdır. 1993-cü ildən 1995-ci ilədək Lənkəran Dövlət Universitetində kitabxana direktoru vəzifəsində çalışmışdır. 2000-2022-ci illər ərzində Sankt-Peterburq şəhəri, Frunze rayonu Mərkəzləşmiş kitabxana sistemində kitabxanaçı işləmişdir. İşlədiyi müddətdə Sankt-Peterburq, Frunze rayon mədəniyyət şöbəsi tərəfindən 3 dəfə fəxri fərmana layiq görülmüşdür. 2014-cü ildə “İRBİS-6” layihəsinin İxtisasartırma kursunda iştirak edib və sertifikat qazanmışdır. 2026-cı ildən Lənkəran Dövlət Universitetinin Kitabxana bölməsinin rəhbəri vəzifəsində çalışır.
aygun.lib@lsu.edu.az
Biblioqraf Axundova Ruhiyyə İbrahim qızı
1993- 1995 - ci ildə Əhməd Cavad adına Baki Mədəni – Maarif texnikumunda təhsil almışdır.
2002-cü ildən Lənkəran Dövlət Universitetinin Elmikitabxanasında biblioqraf vəzifəsində çalışır.
ruhiyesemedova2004@gmail.com
Kitabxanaçı Zeynəb Tahirova Məhərrəm qızı
1991-1993-cü illərdə Bakı Plan-İqtisad texnikumunda təhsil almışdır.
2003-cü ildən Lənkəran Dövlət Universitetinin kitabxanasında kitabxanaçı vəzifəsində çalışır.
zeyneb@lsulibrary.com
Kitabxanaçı Məmmədova Ziyafət Rəcəb qızı
1987-1989-cu illərdə N.K.Krupskaya adına Bakı Mədəni - Maarif texnikumunda təhsil almışdır.
2002-ci ildən Lənkəran Dövlət Universitetin kitabxanasında kitabxanaçı vəzifəsində çalışır.
ziyafet@lsulibrary.com
Kitabxanaçı Məmmədova Bəsirə Məhərrəm qızı
2007-ci ildə Lənkəran Dövlət Universitetinin Humanitar fakultəsini tarix ixtisası üzrə təhsil almışdır.
2016-cı ildən Lənkəran Dövlət Universitetində kitabxanaçı vəzifəsində çalışır.
besire@lsulibrary.com
Kitabxanaçı – Qafarzadə Leyla Tale qızı
2000-ci ildə Lənkəra rayonu Aşağı Nüvədi qəsəbəsində anadan olmuşdur.
2015 – 2018-ci illərdə Lənkəran Dövlət Humanitar kollecində “Kitabxana – informasiya təminatı” ixtisası üzrə təhsil almışdır.
2021 – ci ilin noyabr ayından Lənkəran Dövlət Universiteti İKT və Kitabxana Mərkəzinin kitabxana bölməsində kitabxanaçı kimi fəaliyyət göstərir.
Elektron kitabxana üzrə mütəxəssis: Hüseynova Səbinə Məmməd qızı
Hüseynova Səbinə Məmməd qızı 5 iyun 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2018-ci ildə Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisasına daxil olmuşdur. 2022-ci ildə bakalavr səviyyəsi üzrə təhsilini başa vurmuşdur. 2024-cü ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətində “İnformasiya və ictimaiyyətlə əlaqələlər” şöbəsinin müdiri assistenti vəzifəsində çalışmışdır. Hazırda Lənkəran Dövlət Universitetinin Kitabxana bölməsində Elektron kitabxana üzrə mütəxəssis vəzifəsində çalışır.
e-mail ünvanı: ss.guseinn1@mail.ru
Bölmə əməkdaşları haqqında.