Lənkəran Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyəti.

Lənkəran Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyəti (TEC), 2018-2019-cu tədris ilində yenidən formalaşmışdır. Təhsil Nazirliyinin müvafiq tələblərinə uyğun olaraq Tələbə Elmi Cəmiyyətinin əsasnaməsi tərtib olunmuşdur. Həmin əsasnamədən irəli gələrək TEC-nin fəaliyyət planı hazırlanmışdır. Təhsil Nazirliyinin Tələbə Elmi Cəmiyyəti ilə bağlı nümunəvi əsasnaməsinə və Tələbə Elmi Tədqiqat İşinin müvafiq nizamnaməsinə əsasən LDU TEC-nin fəaliyyəti əsasən iki istiqamətdə planlaşdırılıb icra olunmuşdur:

1- Tələbə Elmi Tədqiqat Dərnəklərinin (TETD) fəaliyyət planı;

2- LDU Tələbə Elmi Cəmiyyətinin tələbələr üçün elmi inkişaf yönümlü ümumi fəaliyyət planı;

Lənkəran Dövlət Universitetinin 2018-2019-cu tədris ili ərzində mövcud 4 fakültəsi üzrə 11 TETD-i fəaliyyət göstərmişdir. Elm istiqamətində ümumi tədbirlərlə yanaşı, TETD-də tədris ili ərzində mütəmadi olaraq elmi tədqiqat işinin aparılması ilə bağlı öyrədici seminarlar keçirilib. Hər ay boyunca nəzərdə tutulan müəyyən mövzularda tələbələrə elmi dərəcəli müəllimlər tərəfindən seminarlar təşkil olunub. Bu təlim-seminarların əsas məqsədi tələbələrdə elmi tezislərin hazırlanması və təqdimatı bacarıqlarını formalaşdırmaqdır. 18 Aprel 2019-cu il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı illiyinə həsr olunmuş TEC-nin I Elmi konfransı keçirilmiş və tezis materialları çap edilmişdir. Eyni zamanda bütün konfrans iştirakçılarına LDU-nun rektoru vəzifəsini icra edən prof. Natiq İbrahimov tərəfindən diplom, fərqlənən məruzəçilərə isə fəxri fərmanlar təqdim edilmişdir.

2020-2021-ci tədris ili üçün TEC-in fəaliyyəti pandemiya şərtlərinə tam uyğun şəkildə davam etdirilmiş, kafedralar və fakültələr üzrə seminarlar Microsoft Teams platforması üzərindən həyata keçirilmişdir.

2020-2021-ci tədris ilində təhsil infrasturukturlarını daha da inkişaf etdirən Lənkəran Dövlət Universitetində yeni fakültələrin yaranması ilə bağlı olaraq Tələbə Elmi Cəmiyyətinin də sturukturu yenilənmişdir. 2020-2021-ci tədris ilində Lənkəran Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin nəzdində universitetin 5 fakültəsi üzrə 13 Tələbə Elmi Tədqiqat Dərnəkləri (TETD) yaradılmışdır.

2020-2021-ci tədris ilində Lənkəran Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin nəzdində universitetin 5 fakültəsi üzrə 13 Tələbə Elmi Tədqiqat Dərnəkləri (TETD) yaradılmışdır.

2021-2022-ci tədris ilində TEC-in fəaliyyəti 26 may 2022-ci il tarixində Lənkəran Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin “Şuşa ili”nə həsr olunmuş “Qarabağ Azərbaycandır” mövzusunda təşkil olunmuş II elmi konfransla yekunlaşmışdır.

Elmi konfransda Lənkəran Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin 2021-2022-ci tədris ilində üzv olan tələbələri öz elmi mövzularında apardıqları elmi tədqiqatlarının nəticəsi olaraq hazırladıqları tezisləri çıxış edərək təqdim etmişdir. TEC-in illik fəaliyyətinin yekunu olaraq tezis materialları çap edilmiş, eləcə də bütün konfrans iştirakçılarına LDU-nun rektoru prof. Natiq İbrahimov tərəfindən diplom, fərqlənən məruzəçilərə isə fəxri fərmanlar təqdim edilmişdir.

2022-2023-cü tədris ili üçün Lənkəran Dövlət Universitetinin Elmi hissəsi, eləcə də Elm və tədqiqat işləri şöbəsi ilə birlikdə müəyyən edilmiş icra planına uyğun olaraq Tələbə Elmi Cəmiyyətinin seminarları keçirilmişdir. Keçirilmiş seminarlardə fakültə dekanları, professor-müəllim heyəti, Tələbə Elmi Cəmiyyətinin fakültə üzrə sədrləri ilə TEC sədri, həmçinin TEC-in fakültə üzrə üzvləri iştirak etmişdir.

Tədris ilinin sonunda fakültələr üzrə yekun iclaslar zamanı Tələbə Elmi Cəmiyyətinin üzvləri tədris ili ərzində elmi rəhbərlərinin istiqamətləndirməsi ilə araşdırdıqları elmi iş üzrə tezislərini təqdim etmişdir. Tezis çıxışları zamanı yaranan suallar ətrafında müzakirələr aparılmış, məruzəçi tələbələrə müvafiq göstərişlər və tövsiyyələr verilmişdir. Təqdim edilən işin xüsusiyyətləri, təqdim olunma forması, eləcə də aparılan araşdırmalar və əldə olunmuş nəticələr nəzərə alınmaqla ümumilikdə bir qrup tələbənin çıxışı fərqləndirilmişdir.

2023-2024-cü tədris ilində Lənkəran Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin nəzdində universitetin 6 fakültəsi üzrə 14 Tələbə Elmi Tədqiqat Dərnəkləri (TETD) fəaliyyət göstərmişdir. Həmin tədqiqat dərnəkləri aşağıdakılardır:

Təbiyyat fakültəsində

1.”Riyaziyyat və informatika” TETD

2.”Kimya və fizika” TETD

3.“Biologiya və ekologiya” TETD

“Filologiya və ibtidai təhsil” fakültəsində

1.”Azərbaycan dili və ədəbiyyat” TETD

2. “Xarici dillər və tərcümə” TETD

3. “İbtidai təhsil və məktəbəqədər təlim” TETD

“Tarix-coğrafiya və incəsənət” fakültəsində

1.” Tarix və onun tədrisi metodikası” TETD

2. “ Coğrafiya və onun tədrisi metodikası” TETD

3. “Pedaqogika, psixologiya və incəsənət” TETD

İqtisadiyyat və idarəetmə fakültəsində

1. “Maliyyə idarəetməsi və audit” kafedrası TETD

2. “İqtisadiyyat və innovativ idarəetmə” kafedrası TETD

“Aqrar və mühəndislik” fakültəsində

1. “Texnologiya və texniki elmləri” kafedrası TETD

2. “Aqrar elmləri”kafedrası TETD

“Baytarlıq” fakültəsində

1. “Baytarlıq və zoomühəndislik elmləri” kafedrası TETD

2024-2025-ci tədris ilinin əvvəlində Tələbə Elmi cəmiyyətinə (TEC) yeni üzvlərin qəbulu prosesi həyata keçirilmişdir. Bu məqsədlə fakültələr üzrə ixtisas qruplarına TEC-in fəaliyyəti və məqsədi haqqında məlumat verilmiş, üzv olmaq istəyən tələbələrin müraciətləri qeydə alınmışdır. TEC-in hər bir fakültə sədri fakültə dekanlıqları ilə birlikdə fakültəyə aid hər bir qrupdan təlim nailiyyətləri yüksək və elmi tədqiqat işlərində maraqlı olan tələbələrin seçiminin həyata keçirilməsi prosesində iştirak etmişdir.

Hal-hazırda fakültələr üzrə sədrlər və üzvlərin sayı aşağıdakı cədvəldə öz əksini tapmışdır:

2024-2025-cü tədris ili üçün Lənkəran Dövlət Universitetinin Elmi hissəsi, eləcə də Elm və tədqiqat işləri şöbəsi ilə birlikdə müəyyən edilmiş icra planına uyğun olaraq Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti davam etdirilir.

Ülkər Fərzəliyeva

Lənkəran Dövlət Universiteti üzrə sədr





Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd