“LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ ”nin (bundan sonra LDU)

         Bakalavriat səviyyəsi üzrə qəbul olmuş abituriyentlərin

           qeydiyyatı üçün tələb olunan sənədlər və qaydalar:

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

2026/2027-ci tədris ili üçün Lənkəran Dövlət Universiteti PHŞ-nin (LDU) bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin qeydiyyatı onlayn qaydada həyata keçirilir. Qəbul olmuş şəxslər 28 avqust 2026-cı il tarixindən, 08 sentyabr 2026-cı il tarixi saat 18:00-dək qeydiyyatdan keçmək üçün mygov ID ilə my.gov.az portalına daxil olub ardıcıl olaraq “Xidmətlər” → “Qurumlar” → Elm və Təhsil Nazirliyi bölməsinə keçid etməlidir. Daha sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib müvafiq məlumatları daxil edərək müraciəti göndərir. (qeydiyyat zamanı mobil nömrə və elektron poçt ünvanı mütləq abituriyentin özünə məxsus olmalıdır).

Abituriyentlərin my.gov.az portalı ilə müraciət etməsi üçün hər hansı bir sənəd daxil etməsinə ehtiyac yoxdur. Yalnız Subbakalavr olaraq (qəbul imtahanlarında iştirak etmədən) qəbul olunanlar subbakalavr diplomunu, kolleci bu il bitirənlər isə təhsilini başa vurması haqqında arayışı sistemə daxil etdikdən sonra müraciət etməlidir. Qeyd: Abituriyent yalnız onun üçün “Ödəniş edilməlidir” statusu təyin edildikdən sonra “Ödəniş qaydaları linki”ndə göstərilən üsulların hər hansı biri ilə ödəniş etməlidir (“Ödəniş qaydaları linki”nə daxil olub ödəniş qaydaları ilə tanış ola bilərsiniz).

Ödənişli əsaslarla qəbul olanlar müvafiq ixtisaslar üzrə illik təhsil haqqının 50 (əlli) faizini ödəməlidir. Yalnız “Əyani” qəbul olunan və müvafiq şərtlərə uyğun (Ətraflı məlumat üçün “Təhsil tələbə kreditlərinin verilməsi Qaydası linki” nə daxil ola bilərsiniz.) olan tələbələr “Təhsil Tələbə Krediti Fondu”na müraciət edə bilərlər. (İxtisası üzrə təhsil haqqını bilməyən bakalavrlar “Ödəniş qaydaları linki” nə daxil olaraq təhsil haqları ilə tanış olabilərlər);

İmtiyazlı kateqoriyalardan olan abituriyentlər “İmtiyazlılardan tələb olunan sənədlər”nə daxil olaraq ona aid olan kateqoriya üzrə sənədlərlə tanış olduqdan sonra qeydiyyatı aparmaq üçün tələb olunan sənədləri sistemə daxil edib müraciəti göndərməlidir.

Diqqət: Müəyyən olunmuş müddətdə my.gov.az portalında qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir və həmin abituriyent LDU-nun tələbələri sırasına daxil edilməyəcəkdir.

                                                                                                                                                                                           REKTORLUQ

Diqqət: Qeydiyyatdan keçən abituriyentlər dərsə gələn zaman aşağıdakı sənədləri universitetə şəxsən təqdim etməli və onlara təqdim olunacaq anketi doldurmalıdırlar:

1. Şəxsiyyət vəsiqəsinin surəti (hər iki üzü);

2. Əvvəlki təhsili haqqında sənədin əsli:

2.1. Tələbə orta məktəbi bitiribsə, attestatın əsli;

2.2. Tələbə kollec bitiribsə, subbakalavr diplomunun əsli və diploma əlavənin surəti;

2.3. Tələbə ali təhsil alıbsa, bakalavr diplomunun əsli və diploma əlavənin surəti;

3. Qəbulu barədə DİM-in saytındakı şəxsi səhifəsindən çıxarış;

4. 3x4 ölçüdə 4 (dörd) ədəd fotoşəkil;

5. Oğlanlar üçün ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (möhür olan bütün səhifələr);

6. Sadə ipli qovluq (sənədləri yerləşdirmək üçün).

Qeyd:

1.Bütün tələbələr 2025-ci il 15 – 30 sentyabr tarixlərində müvafiq fakültələrə uyğun universitetin korpuslarında müqavilə imzalamalıdı

2.İmtiyazlı tələbələr tələb olunan sənədləri “İmtiyazlılardan tələb olunan sənədlər linki”ndə tələb olunduğu formada) universitet ilə müqavilə bağlayan zaman mühasibatlığın nümayəndəsinə təqdim etməlidirlər.

3. Oğlanlar və qızlar üçün ayrı-ayrılıqda yataqxanalar mövcuddur. Tələbələr müraciət edərək müqavilə bağlaya bilərlər (“lsu.edu.az” rəsmi səhifəmizə baxın).

my.gov.azportalında qeydiyyatdan keçərkən yaranmış çətinliklərlə bağlı qeydiyyat komissiyasına müraciət etmək olar (Ünvan: H.Aslanov-48)

Mobil: Ülvi Məhərrəmov (+994)51 406-76-11

Tədris barədə ümumi məlumatlar ilə bağlı əlaqə nömrəsi: İş: 025 258-54-18

Təhsil haqqı ödənişləri ilə bağlı məlumat üçün (Həmçinin imtiyazlı abituriyentlər müraciət edə bilər) əlaqə nömrəsi:

Mobil:

Vüqar Əzizov (+994)51 633-49-82

Vüsal Hüseynzadə (+994)10 411-24-98

Kənan İsazadə (+994)51 530-96-44


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd