“LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ ”nin (bundan sonra LDU)

         Magistratura səviyyəsi üzrə qəbul olmuş bakalavrların

           qeydiyyatı üçün tələb olunan sənədlər və qaydalar:

2024/2025-ci tədris ili üçün Lənkəran Dövlət Universitetinin (LDU) magistratura səviyyəsinə qəbul olmuş bakalavrların qeydiyyatı onlayn qaydada həyata keçirilir. Qəbul olmuş şəxslər 09 iyul 2024-cü il tarixindən, 18 iyul 2024-cü il tarixinədək portal.edu.az internet ünvanına daxil olaraq “Qeydiyyat”dan keçməli və yaradılmış şəxsi kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib müvafiq məlumatları daxil edərək müraciəti göndərir.

Bakalavrlar aşağıda göstərilən sənədlərin elektron surətlərini (yəni skan olunmuş formalarını) portal.edu.az internet ünvanına daxil etməklə qeydiyyatdan keçməlidirlər (bütün sənədlərin elektron surətlərinin (yəni skan olunmuş formalarının) tam, oxunaqlı və möhürlərinin yerində olduğuna diqqət yetirilməlidir):

1. Bakalavr diplomu və diploma əlavə (diplomu əldə etmədiyi halda təhsil aldığı ali təhsil müəssisəsindən müvafiq arayış);

2. Oğlanlar üçün ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (möhür olan bütün səhifələr təqdim olunmalıdır);

3. Ödənişli əsaslarla qəbul olanlar müvafiq ixtisaslaşmalar üzrə illik təhsil haqqının 50 (əlli) faizini ödəməlidir. Yeni qəbul olunan və müvafiq şərtlərə uyğun (Ətraflı məlumat üçün “Təhsil tələbə kreditlərinin verilməsi Qaydası linki”nə daxil olabilərsiniz) olan tələbələr “Təhsil Tələbə Krediti Fondu”na müraciət edə bilərlər. (İxtisaslaşma üzrə təhsil haqqını bilməyən bakalavrlar “Ödəniş qaydaları linki”nə daxil olaraq təhsil haqları ilə tanış olabilərlər);

Qeyd: Bakalavr yalnız onun üçün “Ödəniş edilməlidir” statusu təyin edildikdən sonra “Ödəniş qaydaları linki”ndə götərilən üsulların hər hansı biri ilə ödəniş etməlidir (“Ödəniş qaydaları linki”nə daxil olub ödəniş qaydaları ilə tanış olabilirsiniz).

4. İmtiyazlı kateqoriyalardan olan bakalavrlar qeydiyyatı aparmaq üçün “İmtiyazlılardan tələb olunan sənədlər linki”nə daxil olaraq ona aid olan kateqoriya üzrə sənədləri sistemə daxil edib müraciəti göndərməlidir.

Diqqət: Müəyyən olunmuş müddətdə portal.edu.az internet ünvanında qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisaslaşmaya yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və həmin bakalavr LDU-nun tələbələri sırasına daxil edilməyəcəkdir!

                                                                                                                                                                                           REKTORLUQ

Diqqət: Qeydiyyatdan keçən bakalavrlar dərsə gələn zaman aşağıdakı sənədləri universitetə şəxsən təqdim etməli və onlara təqdim olunacaq anketi doldurmalıdırlar:

1. Şəxsiyyət vəsiqəsinin surəti (hər iki üzü);

2. Bakalavr diplomunun notarial qaydada təsdiq olunmuş surəti;

3. Bakalavr diplomuna əlavənin surəti;

4. 3x4 ölçüdə 4 (dörd) ədəd fotoşəkil;

5. Qəbulu barədə DİM-in saytındakı şəxsi səhifəsindən çıxarış;

6. Sağlamlıq haqqında tibbi arayış (LDU-ya təqdim etmək üçün Forma – 086 şəkilli);

7. Oğlanlar üçün ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (möhür olan bütün səhifələrin);

8. İpli qovluq (sənədləri yerləşdirmək üçün).

Diqqət: Bütün tələbələr 2024-cü il 02 – 10 sentyabr tarixlərində müvafiq fakültələrə uyğun universitetin korpuslarına yaxınlaşaraq müqavilə imzalamalıdır. Həm də imtiyazlı tələbələr tələb olunan sənədləri (“İmtiyazlılardan tələb olunan sənədlər linki”ndə tələb olunduğu formada) təqdim etməlidirlər!

portal.edu.az internet ünvanından qeydiyyatdan keçərkən yaranmış çətinliklərlə bağlı əlaqə nömrəsi:

                                                                                                                                                                                            İş: 025 255-14-01

Təhsil haqqı ödənişləri ilə bağlı məlumat üçün (Həmçinin imtiyazlı bakalavrlar müraciət edə bilər) əlaqə nömrəsi:

                                                                                                                                                                                            İş: 025 255-07-10

Tədris barədə ümumi məlumatlar ilə bağlı əlaqə nömrəsi:

                                                                                                                                                                                            İş: 025 255-54-18


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd