“LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ PHŞ”nin (bundan sonra LDU)

         Magistratura səviyyəsi üzrə qəbul olmuş bakalavrların

           qeydiyyatı üçün tələb olunan sənədlər və qaydalar:

BAKALAVRLARIN NƏZƏRİNƏ!

2026/2027-ci tədris ili üçün Lənkəran Dövlət Universiteti PHŞ-nin (LDU) magistratura səviyyəsinə qəbul olmuş bakalavrların qeydiyyatı onlayn qaydada həyata keçirilir. Qəbul olmuş şəxslər 03 avqust 2026-cı il tarixi saat 15:00-dan, 12 avqust 2026-cı il tarixi saat 18:00-dək qeydiyyatdan keçmək üçün mygov ID ilə my.gov.az portalına daxil olub ardıcıl olaraq “Xidmətlər” → “Qurumlar” → Elm və Təhsil Nazirliyi bölməsinə keçid etməlidir. Daha sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib müvafiq məlumatları daxil edərək müraciəti göndərir.

Bakalavrlar “Bakalavr diplomu və diploma əlavə”nin (diplomu əldə etmədiyi halda təhsil aldığı ali təhsil müəssisəsindən müvafiq arayış- “LDU-nu cari ildə bitirənlər istisna”) elektron surətlərini (yəni skan olunmuş formalarını) my.gov.az portalına daxil etməklə qeydiyyatdan keçməlidirlər (bütün sənədlərin elektron surətlərinin tam, oxunaqlı və möhürlərinin yerində olduğuna diqqət yetirilməlidir):

Qeyd: Bakalavr yalnız onun üçün “Ödəniş edilməlidir” statusu təyin edildikdən sonra “Ödəniş qaydaları linki”ndə göstərilən üsulların hər hansı biri ilə ödəniş etməlidir (“Ödəniş qaydaları linki”nə daxil olub ödəniş qaydaları ilə tanış ola bilərsiniz).

Ödənişli əsaslarla qəbul olanlar müvafiq ixtisaslaşmalar üzrə illik təhsil haqqının 50 (əlli) faizini ödəməlidir. Yeni qəbul olunan və müvafiq şərtlərə uyğun (Ətraflı məlumat üçün “Təhsil tələbə kreditlərinin verilməsi Qaydası linki”nə daxil ola bilərsiniz) olan tələbələr “Təhsil Tələbə Krediti Fondu”na müraciət edə bilərlər. (İxtisaslaşma üzrə təhsil haqqını bilməyən bakalavrlar “Ödəniş qaydaları linki”nə daxil olaraq təhsil haqları ilə tanış ola bilərlər);

İmtiyazlı kateqoriyalardan olan bakalavrlar qeydiyyatı aparmaq üçün “İmtiyazlılardan tələb olunan sənədlər linki”nə daxil olaraq ona aid olan kateqoriya üzrə sənədləri sistemə daxil edib müraciəti göndərməlidir.

Diqqət: Müəyyən olunmuş müddətdə my.gov.az portalında qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisaslaşmaya yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və həmin bakalavr LDU-nun tələbələri sırasına daxil edilməyəcəkdir!

                                                                                                                                                                                           REKTORLUQ

Diqqət: Qeydiyyatdan keçən tələbələr dərsə gələn zaman aşağıdakı sənədləri universitetə şəxsən təqdim etməli və onlara təqdim olunacaq anketi doldurmalıdırlar:

1. Şəxsiyyət vəsiqəsinin surəti (hər iki üzü);

2. Bakalavr diplomunun notarial qaydada təsdiq olunmuş surəti;

3. Bakalavr diplomuna əlavənin surəti;

4. 3x4 ölçüdə 4 (dörd) ədəd fotoşəkil;

5. Qəbulu barədə DİM-in saytındakı şəxsi səhifəsindən çıxarış;

6. Oğlanlar üçün ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (möhür olan bütün səhifələrin);

7. İpli qovluq (sənədləri yerləşdirmək üçün).

Qeyd:

1. Bütün tələbələr dərslər başlayan zaman təhsil alacaqları müvafiq korpuslarda mövcud qanunvericiliyə əsasən universitet ilə müqavilə imzalamalıdır.

2. İmtiyazlı tələbələr tələb olunan sənədləri (“İmtiyazlılardan tələb olunan sənədlər linki”)”ndə tələb olunduğu formada) universitet ilə müqavilə bağlayan zaman mühasibatlığın nümayəndəsinə təqdim etməlidirlər.

3. Oğlanlar və qızlar üçün ayrı-ayrılıqda yataqxanalar mövcuddur. Tələbələr müraciət edərək müqavilə bağlaya bilərlər.

my.gov.az portalından qeydiyyatdan keçərkən yaranmış çətinliklərlə bağlı əlaqə nömrəsi:

                                                                                                                                                                                            İş: 025 258-07-10

Tədris barədə ümumi məlumatlar ilə bağlı əlaqə nömrəsi:

                                                                                                                                                                                            İş: 025 258-54-18


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd