Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor

Haqqında

Zaur İbrahimxəlil oğlu Məmmədov 9 noyabr 1982-ci il tarixində Lənkəran şəhərində anadan olub. Orta təhsilini 1988-1999-cu illərdə Lənkəran şəhər 7 saylı orta məktəbində alıb. 2000-2004-cü illərdə Lənkəran Dövlət Universitetində “Tarix və ictimaiyyət” ixtisası üzrə ali təhsilin bakalavriat, 2006-2008-ci illərdə isə Tarix ixtisası üzrə magistratura səviyyəsində təhsili alıb. 2008-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirərək elə həmin il doktoranturaya qəbul olunub. 26 sentyabr 2015-ci ildə Bakı Dövlət Universitetində “Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə mədəni əlaqələri (2003-2010-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edib. 2018-ci il ildən BDU-nun elmlər doktorluğu hazırlığı proqramının “Beynəlxalq münasibətlər tarixi” ixtisası üzrə dissertantı olmuş və “Azərbaycan Respublikasının YUNESKO ilə əməkdaşlığı” adlı doktorluq mözusu üzərində çalışır. İndiyə qədər 50- dən artıq elmi-metodik işi nəşr olunmuşdur. Əsasən Azərbaycanın beynəlxalq münasibətlər tarixini araşdırır.

İş təcrübəsi

01 dekabr 2015-ci ildən Lənkəran Dövlət Universitetində Elmi katib, 16 iyun 2016-cı ildən Elm və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 04 yanvar 2018-ci il tarixindən Universitetin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 08 aprel 2022-ci ildən isə Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı vəzifəsində vəzifələrində çalışmışdır. 10.05.2023-cü il tarixindən Lənkəran Dövlət Universitetinin rektorunun 1/49 nömrəli əmriylə universitetin Beynəlxalq əlaqələr və layihələr üzrə, 07 sentyabr 2023-cü il tarixli 1/100 saylı əmriylə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorluğu vəzifəsini icra edir.

“Erasmus”, “Mevlana” mübadilə proqramları və bir sıra qrant layihələri çərçivəsində (ENOTES, ESFİDİP, ECAR və s.) Avropa və Türkiyə Cümhuriyyətinin bir sıra universitetlərində və təşkilatlarında elmi ezamiyyələrdə olmuş, Beynəlxalq və respublika səviyyəli konfransların təşkilat komitələrində təmsil olunmuşdur. Türkiyə Cümhuriyyətində keçirilən “İnsan və toplum bilimləri” beynəlxalq konfranslarında bölmə rəhbəri kimi dəvət alaraq iştirak etmiş, Mübadilə proqramları çərçivəsində Türkiyə Cümhuriyyətinin Sinop, Qafqaz (Qars) Universitetlərində tələbələrə dərs demişdir.

Elmi və pedoqoji fəaliyyəti

Zaur Məmmədov 15 sentyabr 2016-cı ildən müəllim, 15 noyabr 2016-cı ildən baş müəllim, 21 fevral 2020-ci ildən Humanitar fənlər kafedrasının dosenti seçilib (03 iyul 2020-ci ildə (əmr N 4/39) kafedranın adı dəyişdirilərək Pedoqogika, psixologiya və incəsənət fənləri” adlandırılmışdır).

• ResearchGate: https://orcid.org/0000-0003-1732-5816

• Lənkəran Dövlət Universiteti: https://lsu.edu.az/new/Elmi-jurnallar-humanitar-2.php

• Google scholar: https://scholar.google.com/citations?user=xW7zDxkAAAAJ&hl=ru

• ORCID ID: https://orcid.org/0000-0003-1732-5816

Bəzi əsərləri:

1. Azərbaycan Respublikaının TürkiyəCümhuriyyəti ilə mədəni əməkdaşlığı (2003-2010-cu illər). Monoqrafiya. Bakı 2021. 301 ç.v.

2. Mədəniyyətşünaslıq. Dərs vəsaiti. Bakı 2022. 301 ç.v.

3. The national culture of Azerbaijan on UNESCO list of cultural heritage. Вестник Томского государственного университета. Культурология и искусствоведение. 2023, № 3, Russia

4. The policy of multiculturalism in ensuring national security and conflict prevention Voprosi İstorii, 2022/1/1, Moskva, Russia

5. Separatist Entities-Unrecognized Republics In South Caucasus After Disintegration of Soviet Union (Hıstorıcal-Legal Analysıs). İnsan ve Toplum Bilimleri Dergisi, Türkiye. 2020/12/12

6. Azerbaycan ile Türkiye Arasında Öğrenci Değişimi Alanındaki İşbirliği (2003-2010 Yıllar Arası). Giresun Universitesi Sosyal Bilimler Ensitusu, Karadeniz Sosyal Bilimler Dergisi, Giresun. Türkiye Yıl 2013 5, 9.

7. Роль международной организации “ТЮРКСОЙ» в области сотрудничества между Азербайджаном и Турцией. Современные гуманитарные исследования, Москва, Россия. 2012. № 1(44).


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd