SIACAS, Study in Azerbaijan Centralized Admission Service, is an online platform located at portal.edu.az and organizing the admission of international students to secondary special and higher education institutions (e.g. universities, academies, colleges, conservatory, etc.) in Azerbaijan. Everybody wishing to study in Azerbaijan may register via SIACAS, choose the institution and specialty he/she is interested in and apply free of charge. The submitted application is redirected to the respective institution for assessment. Once an initial decision is made, a notification appears in applicant’s personal account. Depending on the institution’s reaction to the application, the applicant may be asked to submit additional documents, participate in an online or offline interview and/or make a payment. After all the issues between the applicant and the institution are settled, the admission process ends and the to-be student may proceed with accommodation, visa, travel and other related concerns.
A video-instruction on how to apply via SIACAS:
https://www.youtube.com/watch?v=4Cmf5oLCZMY
For information and assistance related to the functioning of SIACAS, please email
siacas.support@tsii.edu.az.
For information and assistance related to the program you wish to study, please email
in-rel@lsu.edu.az.
SIACAS, Study in Azerbaijan Mərkəzləşdirilmiş Qəbul Xidməti portal.edu.az saytında yerləşən və Azərbaycanda orta ixtisas və ali təhsil müəssisələrinə (məsələn, universitetlər, akademiyalar, kolleclər, konservatoriyalar və s.) əcnəbi tələbələrin qəbulunu təşkil edən onlayn platformadır. Azərbaycanda təhsil almaq istəyən hər kəs SIACAS vasitəsilə qeydiyyatdan keçib, maraqlandığı təhsil müəssisəsi və ixtisası seçib ödənişsiz şəkildə müraciət edə bilər. Təqdim edilmiş ərizə qiymətləndirmə üçün müvafiq təhsil müəssisəsinə yönləndirilir. İlkin qərar qəbul edildikdən sonra ərizəçinin şəxsi hesabında bildiriş görünür. Təhsil müəssisəsinin müraciətə cavabından asılı olaraq, ərizəçidən əlavə sənədlər təqdim etmək, onlayn və ya oflayn müsahibədə iştirak etmək və ya ödəniş etmək tələb oluna bilər. Ərizəçi ilə təhsil müəssisəsi arasındakı bütün məsələlər həll edildikdən sonra qəbul prosesi başa çatır və həmin tələbə yaşayış, viza, səyahət və digər məsələlərlə məşğul ola bilər.
SIACAS vasitəsilə müraciət qaydaları barədə video təlimat:
https://www.youtube.com/watch?v=4Cmf5oLCZMY
SIACAS-ın fəaliyyəti ilə bağlı məlumat və yardım üçün
siacas.support@tsii.edu.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Təhsil almaq istədiyiniz ixtisasla bağlı məlumat və yardım üçün
int-rel@lsu.edu.az elektron poçt ünvanımıza müraciət edə bilərsiniz.