Rəyləşdirmə prosesi
Jurnalın redaksiyasına təqdim olunan elmi məqalələr daxili və xarici mütəxəssislər tərəfindən qiymətləndirilir. Jurnalda rəyləşdirmə prosesi qapalıdır: rəyçilər tam gizli saxlanılır.
Əlyazma daxil olduqdan sonra ilkin olaraq aparıcı redaktor tərəfindən yoxlanılır:
- materialın jurnalın profilinə uyğunluğu;
- məqalənin hazırlanma qaydalarının uyğunluğu;
- müəlliflər arasında maraqların toqquşması barədə məlumatların mövcudluğ;
- işin etik standartlara uyğunluğu;
- materialın plagiat sistemində yoxlanması.
İlkin baxış mərhələsində məqalədə çatışmamazlıq aşkar edildiyi zaman yenidən işlənməsi üçün müəlliflərə qaytarıla bilər. Bundan sonra məqalələr növbəti mərhələdə rəyçilərin təyin olunması üçün baş redaktora göndərilir.
Məqaləni qiymətləndirilməsi zamanı rəyçilər aşağıdakı meyarlara əməl etməlidirlər:
- mövzunun aktuallığı;
- əsərin orijinallığı, əldə edilmiş məlumatların yeniliyi;
- ədəbiyyat icmalının tamlığı və düzgünlüyü;
- materialların və metodların təsvirinin tamlığı;
- tədqiqat metodlarının seçilməsinin adekvatlığı;
- statistik təhlilin adekvatlığı;
- nəticələrin müəyyən olunmuş tədqiqat məqsədlərinə uyğunluğu;
- alınan məlumatların qiymətləndirilməsinin mövcudluğu;
- nəticələrin etibarlılığı;
- işin nəticələrinin elmi əhəmiyyəti;
- işin nəticələrinin praktik əhəmiyyəti;
- materialın təqdimatının aydınlığı (cədvəllərin, rəqəmlərin olması);
- mövzuya uyğun bütün əhəmiyyətli nəşrlərə istinadların mövcudluğu;
- xülasənin keyfiyyəti və açar sözlərin seçilməsinin düzgünlüyü;
- işin etik standartlara uyğunluğu;
- nəticələrin korrektliyi və təqdim edilməsinin düzgünlüyü;
Rəyləşdirmə müddəti 1 aydır. Bu müddət redaksiya heyəti tərəfindən vəziyyətdən asılı olaraq və rəyçinin istəyi ilə uzadıla bilər.
Müsbət rəyin alınması məqalənin dərc edilməsi üçün kifayət deyil. Çapın məqsədəuyğunluğu barədə son qərar redaksiya heyəti tərəfindən verilir. Münaqişə vəziyyətində qərar baş redaktor tərəfindən verilir.
Mənfi rəy daxil olduğu zaman müəllifə rəyin sürəti əlavə olunmaqla əsaslandırılmış rədd cavabı göndərilir.
Çap xərci
Jurnalda məqalələrin çap xərci hər bir məqalə üçün 40 manatdır.
Elmi çap etikası
Jurnalın redaksiya heyəti çap olunmuş elmi məqalələrin ən yüksək keyfiyyətini təmin etməyə çalışır və Elmi Nəşr Etikası Komitəsinin (COPE) prinsiplərinə və tövsiyələrinə əməl edirlər.
Plagiat əlehinə yoxlama siyasəti
Jurnala təqdim edilən məqalələr plagiat proqramı vasitəlisə yoxlanılır. Plagiat və ya öz-özünü plagiatda şübhəli bilinən bütün məqalələr dərhal rədd edilir.
Maraqların toqquşması
Müəllif məqalə təqdim edərkən potensial maraq toqquşmalarının mövcudluğu barədə məlumat verməlidir.
Rəyçilər məqalənin qiymətləndirilməsi zamanı meydana çıxan maraqların istənilən toqquşması haqqında redaktorları dərhal məlumatlandırmalıdırlar. Belə maraq toqquşmaları rəyçi ilə eyni kollektivdən olan müəllifin, yaxud əvvəlki və ya hazırki tələbəsinin, elmi rəhbərinin, yaxud digər yaxın münasibətdə olduğu müəllifin məqaləsini rəyləşdirmək xahiş olunduqda yarana bilər. Digər tip konflikt məqalə müəllifinin rəyçi ilə eyni qrant müabiqəsində rəqib olduqda yarana bilər. Bu hallarda rəyçi məqaləni rəyləşdirməkdən imtina etməlidir.