LSU Sustainability

• Sağlamlıq və rifah xidmətləri

Qeyd etmək istərdik ki, Lənkəran Dövlət Universitetində həm professor-müəllim heyəti üçün, həm də təhsil alan tələblər üçün psixoloji xidmət çox önəmli işlərdən biri hesab olunur. Belə xidmət təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Uyğun psixoloji tədbirlərin həyata keçirilməsi tədris prosesinə müsbət mənada çox yaxşı təsir edir.

Lənkəran Dövlət Universitetinin daha səmərəli fəailyyətini təmin etmək üçün, təhsil alanlar və tədris edənlər arasında psixoloji gərginliklərin aradan götürülməsi və yaranan problemlərin rahat həlli üçün Universitetimizin “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının müəllimlərinin əməyi danılmazdır.

Psixologiya fənnini tədris edən müəllimlərimiz dos. Ləman Verdiyeva, b/m Nahidə Cəfərova, b/m. Şahin Mehrəliyev, b/m. Südabə Məmmədova, müəllimə Rəna Hüseynova həm professor-müəllim heyəti ilə, həm də Universitetimizdə təhsil alan tələbələrlə onların psixoloji sağlamlıqları ilə bağlı mütəmadi görüşlər təşkil edirlər.

Tələbələrə psixologiya fənnindən elmi bilikləri həm nəzəri, həm də təcrübəylə tədris etməklə yanaşı, eyni zamanda onların psixoloji sağlamlıqları ilə bağlı müəllimin illik fəaliyyət planlarına uyğun işləri həyata keçirirlər.

İlk növbədə fərdi şəkildə müraciət edən tələbələrin psixoloji sıxıntılarının aradan qaldırılması baxımdan mənəvi dəstək olur, yarana biləcək psixoloji problemlərin aradan qaldırılması istiqamətində maarifləndirici və psixokonsultativ işlər vaxtaşırı şəkildə həyata keçirilir.

Həmçinin universitetdə Tələbə Elmi Cəmiyyəti ilə bərabər şəkildə imtahan öncəsi tələbələrdə yarana biləcək imtahan stressinin və həyəcanın azaldılması və aradan qaldırılması ilə bağlı elmi seminarlar da təşkil olunur. Misal olaraq Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə universitedə qeyd olunan mövzu ilə bağlı müəyyən qrup tələbələrlə imtahan stressinin aradan qaldırılması ilə bağlı “autotrening psixoloji məşqləri” adlı treninq təşkil edilmişdir. Nəticə etibarilə bu treninqdə tələbələr müxtəlif təlqin metodlarını mənimsəməklə yanaşı, uyğun tənəffüs texnikalarını öyrənmişlər. Bundan sonra həmin tələbələr imtahan öncəsi stressin aradan qaldırılması üçün bu psixotexnikalardan yararlana bilmişlər.

Müşahidələr göstərir ki, oxşar seminar və treninqlər tələbələrin psixoloji müqavimətinə müsbət təsir göstərir.

Yuxarıda qeyd olunalarla yanaşı, bir vacib məqamı da qeyd edək ki, bəzən tələbələrdə universitet həyatına adaptasiya problemləri də üzə çıxır. Əsasən də yeni təhsilə başlayan birinci tədris ili tələbələrinin bəzilərində adaptasiya problemi yaşanır.

Onların gündəlik həyat rejiminin dəyişməsi, qidalanma, vaxtında dərsə davamiyyəti, yaxınlarından uzaqda olmaları universitet həyatına uyğunlaşmalarını çətinləşdirir. Adaptasiya problemi yaşayan tələbələrdə müxtəlif psixosomatik simtomların üzə çıxması bunu bir daha təsdiqləmiş olur.

Universitet həyatına uyğunlaşa bilməyən tələbələrdə bəzən qan təzyiqinin birdən birə dəyişməsi, ürəkbulanma, nevroz, affektivlik, impulsivlik, iştahasızlıq, kəskin başağrıları və miqren halları müşahidə edilir. Bunların aradan qaldırılması üçün lazımi işlər aparılır. Universitetə daxil olan birinci tədris ili tələbələrinin adaptasiya problemləri ilə bağlı da kafedranın psixoloq müəllimləri tərəfindən dəstəkləyici tədbirlər də həyata keçirilir. Onlarla vaxtaşırı psixoloji söhbətlər aparılır, mənəvi dəstəkləyici məsləhətlər verilir.

Lənkəran Dövlət Universitetinin idman zalı, fitness zalı, iki kiçik və bir böyük futbol sahəsi vardır. Tələbələrimiz bu imkanlardan yararlana bilirlər. Univresitetin hər tədris korpusunun ərazisində müxtəlif ağaclar, çiçəklər və dekorativ güllərlə bəzədilmiş parklar vardır ki, tələbələr öz asudə vaxtlarını burada keçirə bilirlər.

Qeyd etmək istərdik ki, Pandemiya insanlarda stress, əsəb, xroniki yorğunluq, zehni gərginlik yaratdı. İnsanların gələcəyə ümidini azaltdı. Pandemiya dövründən sonra tələbə və müəllimlərin həyatında baş vermiş stress, əsəb, xroniki yorğunluq, zehni gərginlik və ümidsizliyin aradan qaldırılması üçün psixoloqlarımız bir sıra tədbirlər və görüşlər keçirdiər. Bu da ümumi gərginliyin aradan getməsinə çox kömək göstərdi.


Tələbələrin asudə vaxtı onların idmanla məşğul olmasıdır. LDU tələbələrinin asudə vaxtının idmanla təşkili üzrə müəllim Dünya, Avropa, Respublika çempionu və beynəlxalq turnirlərin qalibi Zaur Məmmədovdur.

LDU tələbləri 2017-i ildən başlayaraq Dünya və Beynəlxqalq İDMAN YARIŞLARLNDA İŞTİRAK EDİRLƏR VƏ UĞURLU NƏTİCƏLƏR QAZANIBLAR. Dünya 2cisi, Beynəlxalq turnirlərin qalibi, azərbaycan çempionatlarnın qalıibi, yoldaşlıq görüşlərinin qalibi olublar.

04.03.2024 cü il tarixində LDU - nin İdman kulubunun Futzal komandası Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş tələbələr arası respublika turnirinə qatılıblar və 3 cü yeri qazanıblar. Qızıl Əlcək kubokunu, ən yaxşı qapı dərəcəsini qazanıblar. Komanda pul mükafatı və medallara təltif olunub. Hal-hazırda da komanda intensiv məşqlərdə iştirak edir.

23-24 dekabr 2023-cü il tarixdə Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təsgil etdiyi əsasnaməyə uyğun olaraq Lənkəran Olimpiya İdman Kompleksində “Heydər Əliyev İli” çərçivəsində U-18 yeni yetmə cüdoçular arasında region birincilyi keçirildi. Lənkəran Dövlət Universitetinin tələblərindən ibarət cüdo komandası gözəl nəticə əldə etmişdir. Bundan əlavə, LDU - nun Futbol komandası WOLVES LDU da bir çox yodaşlıq görüşlərində çıxış edirlər.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd