LSU Sustainability

İlk öncə bildirmək istərdim ki, Lənkəran Azərbaycanın cənub bölgəsinin qədim və böyük şəhərlərindən biridir. Məhz Lənkəran Dövlət Universiteti cənub bölgəsinin yeganə və böyük təhsil və mədəniyyət mərkəzidir. Lənkəran Dövlət Universiteti gənc universitetdir. Buna baxmayaraq, “Davamlı inkişaf strategiyamız” üzrə addımlayaraq, ilbəil öz yeni-yeni uğurlarımızı qazanmaqdayıq. Təhsilimiz Avropanın qabaqcıl universitetlərinin təhsil sistemi üzərində qurulmuşdur. Məqsədimiz təhsilin keyfiyyətinin yüksəlməsi, intellektual, mədəni, sosial və elmi-texniki potensialının formalaşması və möhkəmlənməsi, eyni zamanda tələbələrin pul, nüfuz mübarizəsində rəqabətini təmin etmək, məzunlarımızın işlə təmin olunması imkanlarının sürətlə inkişaf etdirə bilməkdir. Bir sıra maarifləndirmə layihələrini, informasiya xidmətlərini, o cümlədən cənub regionunun bir çox məktəbləriylə pilot layihələrini həyata keçiririk.

Həm tələbələrimizə, həm də bütün əməkdaşlarımıza ictimai qulluq göstərə bilirik, onların mədəni-isitrahətini təmin edirik. Teatrlar, konsertlər, pikniklər və digər tədbirlər təşkil edirik.

Müxtəlif mövzularda elmi və beynəlxalq konfranslar, elmlə bağlı təlim və seminarlar keçiririk və əməkdaşıq etdiyimiz bir sıra universitetlərlə birgə nəşrlər, müxtəlif sahələrdə tədqiqatlar aparırıq.

Universitet olaraq ölkəmizin həm iqtisadi, həm ekoloji, həm sosial, həm də mədəniyyət məsələlərinin yaxşılaşmasına töhfələr verməyə çalışırıq.

Dünyada karbon qazının səbəb olduğu temperaturun dəyişməsi, ətraf mühitin qorunması, iqlim dəyişikliyinin insanlar tərəfindən törədilməsi, istixana qazlarının azaldılması, karbon emissiyasının azaldılması, karbon qazının azladılmasına şərait yaradaraq pozitiv gələcəyə çıxış problemlərinin həllinə dair elmi tədqiqatlara qoşulur, müvafiq təşkilatlarla əlaqələr yaradaraq, bu məsələlərin həllinə dair təlimlər təşkil edirik, o cümlədən belə mövzularda olan dünya miqyaslı təlimlərdə tələbə və professor-müəllim heyətimizin nümayəndələrinin iştirakını təmin edirik.

Prosesləri sağlam nəzarətdə saxlamağa çalışırıq. Bütün qeyd olunan bu və ya digər məsələlərin müsbət həllinə müvafiq siaysət sənədləri hazırlayıb, lazımi işləri görürük. O cümlədən rüşvət ilə mübarizə siaysətimiz də danılmazdır. İnvestisiya siyasətimiz də var. İctimai şuramızın üzvləri ilə birlikdə mütəmadi olaraq universitetdə həyata keçirilən məsələləri müzakirə edirik və ictimaiyyətə həm tədrislə, həm də maliyyə ilə bağlı məsələlərin hesabatını veririk.

Tədqiqat mərkəzlərimiz, aqrar təcrübə mərkəzimiz, turizm təcrübə mərkəzimiz, parniklərimiz, çay sahələrimiz, sitrus-meyvə sahələrimiz, laboratoriyalarımız, elmi kitabxanamız, professor-müəllim heyəti üçün xidməti mənzillərimiz, oğlan tələblərimiz üçün yataqxana, qız tələbələrimiz üçün yataqxana, gələn qonaqların yerləşdirilməsi üçün universitetin “Seaside” oteli, dörd tədris binamız Lənkəran Dövlət Universitetinin dayanıqlılığına və inkişafına xidmət göstərir.

Lənkəran Dövlət Universitetinin davamlı inkişafına nəzarət edən işçi qruplarımız da var.

Ümid edirik ki, davamlılğımızı daha da inkişaf etdirib, həm ölkəmiz, həm də dünya üçün faydalı universitet olacayıq.

                                                     Lənkəran Dövlət Universitetinin Davamlı İnkişaf Strategiyası



                                                                                 

                                                                                



Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd