- Lənkəran Dövlət Universiteti
- Təcrübələrin təşkili və əlavə təhsil bölməsi
Təcrübənin təşkili və əlavə təhsil bölməsi tələbələrin ixtisas
təcrübələrinin təşkili, təcrübələrin gedişinin təkmilləşdirilməsi və
təcrübəyə nəzarətin təmin edilməsidir. Təcrübənin yekun sənədlərinin
hazırlanmasını həyata keçirmək və təcrübənin təşkili sahəsində təcrübə
rəhbərləri, ixtisas kafedraları tərəfindən müəyyən edilmiş müəssisələrdə
müqavilələrin bağlanmasını təşkil etmək, təcrübə proqramlarını təcrübə
obyektləri ilə razılaşdırmasını təmin edir.
Bölmənin vəzifələri :
Bölmə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının “Təhsil haqqında” qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Universitetin
nizamnaməsini, Elmi Şuranın qərarlarını, rektorun əmr, sərəncam,
göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.
Bölmənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. Tələbələrin istehsalat və pedaqoji təcrübələrin təşkili
2. Elmi-pedaqoji, Elmi-tədqiqat təcrübələrin təşkili və keçirilməsinə
nəzarət
3. Universitetin əməkdaşlıq etdiyi yerli və əcnəbi müəsisələrdə
təhsilalanların təcrübə keçməsinə şəraitin yaradılması, müvafiq
müqavilələrin bağlanmasına və nəzarət edilməsi
4. Təcrübə təhsil müəsisəsindən kənarda keçirildiyi halda təcrübə
prosesinin nəzarətdə saxlanılması
5. Təcrübələrin, hesabatların və nəticələrinin təhlili
6. Əlavə təhsil xidmətlərinin təşkili
7. Qəbulun aparılma və təşkili
8. Əlavə təhsil ilə qəbul olunmuş şəxslərin qəbul əmrlərinin
hazırlanması
9. Bölmə üzrə daxil olan məktub, ərizə şikayyət və təkliflərə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə
baxılmasının təşkil edir.
Əməkdaşlar:
Məhərrəmov Ülvi Bəxtiyar oğlu -Təcrübələrin təşkili və əlavə təhsil bölməsinin rəhbəri
Məhərrəmova Ruhəngiz İslam qızı
Təcrübələrin təşkili və əlavə təhsil bölməsində . Pedoqoji Təcrübə üzrə mütəxəsis
17 Aprel 1977-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1984-cü ildə T.Bayrəməlibəyov adına 2 saylı orta məktəbin, 1985-ci ildə H.Rzayev adına 2 saylı uşaq musiqi məktəbinin birinci sinifinə daxil olmuşdur .1992 ci ildə uşaq musiqi məktəbinin yeddinci sinifin orta məktəbin isə 8-ci sinifini bitirmiş.1992-1996-cı illərdə Lənkəran Musiqi texnukomunda Musiqi nəzəriyyəsi ixtisası üzrə təhsil almışdır.1997-2001-ci illərdə Lənkəran Dövlət Universitetində Musiqi təhsili ixtisası üzrə təhsil almışdır . 2017-2019 –cu illərdə Lənkəran Dövlət Universitetində İbtidai tədrisin metodika və metodologiyası ixtisası üzrə magistratura təhsili almışdır.1997-ci ildən 2024-cü ilədək Lənkəran Musiqi texnukomunda (indikiLənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar –Texnoloji kollecində)musiqi nəzəriyyəsi üzrə müəllim vəzifəsində çalışmışdır.Hazırda “Təcrübələrin təşkili və əlavə təhsil bölməsində” Pedoqoji təcrübə üzrə mütəxəsis vəzifəsində çalışır.
E-mail: Qasanova.77@list.ru
Dislokasiya yeri: Lənkəran Dövlət Universitetinin 1-ci tədris korpusu, 205 otaq
Ünvanı: Lənkəran şəhəri, Füzuli küçəsi 170 A
Əlaqə nömrəsi: 051-406-76-11
E-mail: terube@lsu.edu.az