Məzunlarla iş və karyera bölməsi
- Lənkəran Dövlət Universiteti
- Məzunlarla iş və karyera bölməsi
Məzunlarla iş və karyera bölməsi Lənkəran Dövlət Universitetinin
tərkibində fəaliyyət göstərən, məzunların məşğulluq fəaliyyətinin
izlənməsini təmin edən, məzunların karyera imkanlarının
genişləndirilməsinə dəstək göstərən struktur bölmədir.
Bölmə rəhbəri fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, tabeliyində
olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini
əlaqələndirir, onların əmək və icra intizamına riayət etmələrinə nəzarət
edir, bölmə üzrə müzakirə edilməli məsələləri müəyyən edir və bu
barədə təkliflərini Universitetin rəhbərliyinə təqdim edir, bölmədə işlərinin
aparılmasını və məxfilik rejimini təmin edir.
Bölmənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. Məzun kabinetinə yeni informasiyaların daxil edilməsi.
2. Sonuncu kurs tələbələri üçün “məzun yarmarkaların” keçirilməsi.
3. Məzunlar üçün təcrübə proqramların təşkili
4. Məzunların ixtisasları üzrə öz bilik bacarıqlarına uyğun olaraq işlə
təmin olunmasını həyata keçirmək
5. Universitetin əmək bazarında uğur qazanan məzunların LDU
tələbələri ilə görüşlərin təşkili
6. Sorğuların keçirilməsi, rəy və təkliflər toplanaraq müvafiq
qərarların verilməsi
Əməkdaşlar:
1. Məhərrəmov Ülvi Bəxtiyar oğlu - Məzunlarla iş və karyera bölməsinin rəhbəri
2. Həşimli Fidan Elman qızı - Məzunlarla iş və karyera bölməsi üzrə mütəxəssis
3. Məmmədzadə Şərqiyyə Bəxtiyar qızı - Məzunlarla iş və karyera bölməsi üzrə mütəxəssis
Dislokasiya yeri: Lənkəran Dövlət Universitetinin 1-ci tədris korpusu, 206 otaq
Ünvanı: Lənkəran şəhəri, Füzuli küçəsi 170 A
Əlaqə nömrəsi: 051-406-76-11
E-mail: mezun@lsu.edu.az