Tədrisin təşkili və təlim texnologiyalarının tətbiqi şöbəsi


Azərbaycan Respublikasının Təhsil Qanununa, “Ali təhsil müəssisələri haqqında Əsasnamə”yə, Lənkəran Dövlət Universiteinin Nizamnaməsinə və digər normativ sənədlərə uyğun fəaliyyət göstərir. Şöbə Lənkəran Dövlət Universitetinin struktur bölmələrindən biri olub, Lənkəran Dövlət Universitetinin Nizamnaməsi ilə müəyyənləşdirilmiş funksiyaları yerinə yetirir. Universitetin Nizamnaməsi ilə müəyyənləşdirilmiş səlahiyyətləri çərçivəsində təhsil sisteminə daxil olan müəssisə və təşkilatlarla tədrislə bağlı əlaqələr qurur. Şöbədə tədrisin təşkili, yeni təlim texnologiyalarının tədris prosesinə tətbiqi, eləcə də istehsalat təcrübəsinin, pedaqoji internaturanın təşkili, karyera və məzunlar üzrə işlər aparılır. Şöbəyə rektor tərəfindən təyin olunmuş müdir rəhbərlik edir. Şöbənin iş (fəaliyyət) planı hər tədris ili üçün ayrıca tərtib olunur və rektor tərəfindən təsdiq edilir.

“Tədrisin təşkili və təlim texnologiyalarının tətbiqi” şöbəsi 2 bölmədən ibarətdir: “Tədrisin təşkili, qeydiyyat, qiymətləndirmə və əlavə təhsil” bölməsi, “Təcrübə, potensial inkişaf və karyera” bölməsi

Tədrisin təşkili, qeydiyyat, qiymətləndirmə və əlavə təhsil bölməsi

Təcrübə, potensial inkişaf və karyera bölməsi

Fərəczadə Rəşad Mübariz oğlu – Tədrisin təşkili və təlim texnologiyalarının tətbiqi şöbəsinin müdiri

21.09.1995-ci il tarixində Lənkəran şəhərində anadan olmuşdur. 2001-2012-ci illərdə Lənkəran şəhər 6 saylı tam orta məktəb liseyində təhsil almışdır. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə “Mühasibat uçotu və audit” ixtisasına qəbul olmuş və 2016-cı ildə LDU-nu həmin ixtisas üzrə bitirmişdir. 2017-ci ildə LDU-nun magistratura səviyyəsi üzrə “Maliyyə” ixtisasının “Maliyyə menecmenti” ixtisaslaşmasına qəbul olmuş və magistraturanı fərqlənmə ilə bitirmişdir.

Əmək fəaliyyətinə 2016-cı ildən Lənkəran Dövlət Humanitar Kollecinin Tədris şöbəsində Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin mütəxəssisi vəzifəsində işə başlamışdır. 2017-ci ildən Lənkəran Dövlət Universitetində Tədrisin təşkili və təlim texnologiyaları mərkəzinin Təcrübə, potensial inkişaf və karyera bölməsi üzrə tyutor vəzifəsində çalışmışdır. Həmçinin, 2020-ci il fevral ayından etibarən “Maliyyə idarəetməsi və audit” kafedrasında müəllim vəzifəsində çalışır. Bir çox məqalə və tezislərin müəllifidir.

01 sentyabr 2021-ci il tarixindən Tədrisin təşkili və əlavə təhsil bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. Hazırda, “Tədrisin təşkili və təlim texnlogiyalarının tətbiqi” şöbəsinin müdiri vəzifəsində çalışır.

Ailəlidir, iki övladı vardır.

E-mail: fereczade.r@mail.ru


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd