HAQQINDA                                                                        ENG



“Texnika və Aqrar elmləri” Beynəlxalq Elmi-Praktik Jurnalı

Lənkəran Dövlət Universiteti tərəfindən təsis olunan “Texnika və Aqrar elmləri” Beynəlxalq Elmi-Praktik Jurnalı sənayedə və aqrar sahədə tətbiq oluna biləcək ən yaxşı elmi ideyaları dərc edir. Çünki yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların əldə edilməsi elmi tədqiqatın müxtəlif müstəqil sahələrindən yüksək texnologiyaların tətbiqinə əsaslanır, lakin ümumi son nəticə ilə - hazır yüksək texnologiyalı məhsul ilə birləşir. Bu elmi istiqamətlər arasında qida sənayesi və təhlükəsizliyi, yüngül və tekstil sənayesi və materialşünaslığı, ümumi sənaye texnologiyası, aqrotexnologiya, üzvi maddələrin texnologiyaları və materialşünaslıq, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi və s. vardır. Bu istiqamətlər üzrə elmi məqalələrin nəşri “Texnika və Aqrar Elmləri” Beynəlxalq Elmi-Praktik Jurnalın inkişafının əsas “vektoru”dur. Ona görə də müasir istehsalla bağlı olan alimlər öz tətbiqi elmi tədqiqatlarının nəticələrini dərc etməklə texnologiyaların sənayeyə və aqrar sahəyə transferində iştirak etmək imkanı əldə edirlər. Sənaye və aqrar sahə mütəxəssisləri isə öz növbəsində, jurnaldan elmi və praktiki məlumat əldə edə bilərlər. Jurnalın məqsədi sürətlə yaranan yeni elmi biliklərlə onun praktiki tətbiqi arasında yaranan və daha çox vaxt tələb edən boşluğu aradan qaldırmaqdır. Sahə müəssisələri “Texnika və Aqrar Elmləri” Beynəlxalq Elmi-Praktik Jurnalının aktiv abunəçiləri olmalı və həmin müəssisələrin mütəxəssisləri Jurnalın alim-müəllifləri tərəfindən həyata keçirilməsi üçün tövsiyə olunan elmi və texniki ideyaların praktiki dəyərini yoxlamalıdırlar. Göstərilən məqsədə çatmaq üçün “Texnika və Aqrar Elmləri” Beynəlxalq Elmi-Praktik Jurnalının başlıca vəzifəsi müasir texnologiyaların elmdən istehsalata transferinin “elmi komponentini” formalaşdırmaqdır. Ona görə də jurnalda dərc olunan məqalələrdə həm elmi yeniliyə, həm də praktiki dəyərə önəm verilir

Müasir istehsalatlarla əlaqəli və texnologiyaların sənayeyə və aqrar sahəyə transferində iştirak etmək imkanı olan elmi və pedaqoji işçilərin, alimlərin, mütəxəssislərin tədqiqat işlərinin materialları “Texnika və Aqrar Elmləri” Beynəlxalq Elmi-Praktik Jurnalında nəşr üçün qəbul edilir. Redaksiya aşağıdakı ixtisaslar üzrə elmi tədqiqatların nəticələrini dərc edir:

3309.01 Qida məhsullarının texnologiyası

2422.01 Biotexnologiya

3302.01 Biokimyəvi texnologiya

3310.01 Sənaye texnologiyası

3313.02 Maşınlar, avadanlıqlar və proseslər (qida sənayesi, toxuculuq vı yüngül sənaye, aqrar və s. sahələr üzrə)

2004.01 Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi (qida sənayesi, toxuculuq və yüngül sənaye, aqrar və s. sahələr üzrə)

3343.01 İstilik texnikasının nəzəri əsasları (qida, toxuculuq və yüngül sənaye, aqrar və s. sahələr üzrə)

3326.01 Toxuculuq və yüngül sənaye materiallarının və məhsullarının texnologiyası

330801 Ətraf mühitin texnologiyası və mühəndisliyi

3303.01 Kimya texnologiyası və mühəndisliyi (üzvi maddələrin texnologiyası üzrə)

3338.01 Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)

2426.01 Ekologiya (qida sənayesi, toxuculuq və yüngül sənaye, aqroekologiya və s. sahələr üzrə)

2391.01 Ekoloji kimya

2406.02 Biokimya

2414.01 Mikrobiologiya

2411.01 İnsan və heyvan fiziologiyası

2411.02 Bitki fiziologiyası

432.01 Bioloji ehtiyatlar

3333.01 İstehsalın təşkili (qida sənayesi, toxuculuq və yüngül sənaye və s. sahələr üzrə)

5312.01 Sahə iqtisadiyyatı (qida sənayesi, toxuculuq və yüngül sənaye və aqrar və s. sahələr üzrə)

2511.01 Torpaqşünaslıq

2528.01 Yer quruluşu, torpaq kadastrı və monitorinqi

3101.01 Aqrokimya

3102.01 Aqromühəndislik

3103.01 Ümumi əkinçilik

3103.02 Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi

3103.03 Torpaqşünaslıq və aqrofizika

3103.04 Seleksiya və toxumçuluq

3103.05 Dərman və efir yağlı bitkilər

3103.06 Bitkilərin mühafizəsi

3103.07 Bitkiçilik

3103.08 Meyvəçilik və üzümçülük

3103.09 Tərəvəzçilik

3103.10 Subtropik bitkilər

3106.01 Meşəçilik, meşə quruluşu və meşə taksasiyası

3106.02 Meşə aqlomerasiyası, qoruyucu meşələrin salınması və yaşayış məntəqələrinin yaşıllaşdırılması

3107.01 Bağçılıq

3108.01 Fitopatologiya

3109.01 Baytarlıq elmləri

3110.01 Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi, seleksiyası, genetikası və çoxaldılması

3110.02 Kənd təsərrüfatı heyvanlarının yemlənməsi və yemlərin texnologiyası

3110.03 Xüsusi zootexniya, heyvandarlıq məhsullarının istehsalı texnologiyası

Jurnal ildə 4 dəfə nəşr edilir. Məqalələr azərbaycan, ingilis, türk və rus dillərində qəbul olunur.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd