Təhsil sənədləri ilə iş şöbəsi


Təhsil sənədləri ilə iş şöbəsi bakalavriat və magistratura səviyyəsi üzrə qəbul olunmuş tələbələrin qeydiyyatını, onların şəxsi işlərinin formalaşdırılmasını, tələbələr haqqında əmr layihələrinin hazırlanmasını, həmçinin, bu əmrlərin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin müvafiq informasiya sistemlərinə daxil edilməsini, tələbə və məzunlara dövlət nümunəli sənədlərin verilməsini həyata keçirən və bu proseslərə nəzarət edən struktur bölmədir.

Şöbənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. Bakalavriat və magistratura səviyyələri üzrə qəbul olunmuş tələbələrin qeydiyyatı;

2. Tələbə və məzunlar haqqında əmrlərin və digər zəruri məlumatların Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ali və orta təhsilin informasiya sisteminə (AOTİS), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Diplom təsdiq sisteminə (DTS) və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə (TMDEMS) daxil edilməsi;

3. Tələbələrin şəxsi işlərinin formalaşdırılması və təhsil müddətində saxlanılması;

4. Dövlət nümunəli təhsil sənədlərinin (həmçinin dublikatlarının) hazırlanması, mühafizəsi və müvafiq qaydada tələbə və məzunlara təhvil verilməsi;

5. Daxil olan sorğular əsasında tələbə və məzunlar barədə məlumatların yoxlanılması və həmin sorğuların cavablandırılması;

6. Tələbələr haqqında (qəbul, bərpa, köçürülmə, xaric edilmə, şəxsi məlumatların dəyişdirilməsi, akademik məzuniyyət verilməsi, akademik məzuniyyəti bitənlərin təhsilini davam etdirməsi, buraxılış yekun dövlət attestasiyasına buraxılma, bakalavriat və magistratura səviyyəsi üzrə müvafiq diplomların verilməsi, dublikat diplomun verilməsi və s. haqqında) əmr layihələrinin hazırlanması.

Dislokasiya yeri: Lənkəran Dövlət Universitetinin 1-ci tədris korpusu, 211 və

212 nömrəli otaqlar

Ünvanı: Lənkəran şəhəri, Füzuli küçəsi 170 A

Əlaqə nömrəsi: (025) 255 54 18

E-mail: tehsil_senedleri@lsu.edu.az

1. Fərzullazadə Ramin Qalib oğlu - Təhsil sənədləri ilə iş şöbəsinin müdiri

2. Hüseynova Şahnaz Hüseyn qızı - Təhsil sənədləri ilə iş üzrə aparıcı mütəxəssis

3. İsmayılova Gülarə Həsən qızı - Təhsil sənədləri ilə iş üzrə mütəxəssis

4. Ağazadə Əfsanə Əbülfət qızı - Təhsil sənədləri ilə iş üzrə mütəxəssis

5. Bəşirli Araz Mirzə oğlu - Təhsil sənədləri ilə iş üzrə mütəxəssis

6. Səmədov Xanağa İmran oğlu - Təhsil sənədləri ilə iş üzrə mütəxəssis

7. Həsənzadə Rasif Səid oğlu - Təhsil sənədləri ilə iş üzrə mütəxəssis

8. Mirzəbəyova Gülbəniz Həmid qızı - Operator-kargüzar

9. Hacıhəsənzadə Nigar Səxavət qızı - Operator-kargüzar

10. Səmədzadə Bahar Sədaqət qızı - Operator-kargüzar

11. Canizadə Günel Adil qızı - Operator-kargüzar


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd